Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-451/2020 14.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şikayətçi: X1, Protokolu müdafiə edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X3 iştirakı ilə, Şikayətçi X1 Şəki ŞRPŞ-nin xx xxxx 2020-ci il tarixli, MN-0475394 saylı protokolunun və onun əsasında qəbul edilmiş MN-0175332 saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0475394 saylı protokolun və onun əsasında qəbul edilmiş MN-0175332 saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi X5 məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında “Şəki Store” mağazasına yaxın ərazidə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 17:40-da istifadəsində olan mobil telefondan yaxınlıqda yerləşən “Şəki Store” mağazasına getmək üçün 2 rəqəmini yazıb 8103 nömrəsinə SMS göndərmişdir. Təxminən 5-20 dəqiqə gözləməyinə baxmayaraq SMS-ə cavab gəlməmişdir. Özünün mobil telefondan istifadə qaydalarından yaxşı anlayışı olmadığından binanın həyətinə çıxıb telefonu qonşulardan kiməsə göstərmək niyyəti ilə blok qapısının ağzına qədər getmişdir. Bu zaman, bir nəfər polis serjantını və iki nəfər əsgər paltarında olan şəxsləri görmüşdür. Kömək məqsədi ilə onları yanına çağırmışdır. Həmin şəxslər ondan icazəsi olubolmadığını soruşmuşlar. O da öz növbəsində SMS göndərdiyini, lakin SMS-ə cavab gəlmədiyini bildirmişdir. Bir neçə dəqiqə onlarla birlikdə gözləmiş, bu zaman polis nəfəri əlində olan telefonla kiminləsə danışmış və ona krantin rejimi qaydalarını pozduğunu bildirmişdir. Lakin o SMS vasitəsi ilə icazə aldığını, lakin telefondan anlayışı olmadığından cavabın gəlib-gələməsini bilmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşı ona inzibati protokol yazacağını demişdir. Polis əməkdaşına yaşadığı binanın blokunun qabağında dayandığını, “8103”-dən SMS gəlməsini gözləməsini, küçəyə çıxmadığını, məhkəmədə işlədiyini və buna görə də karantin rejim qaydalarını pozmadığını demişdir. Lakin polis əməkdaşı ona protokol yazmaqda israrlı olduğunu görüb, hiddətlənərək “102” xidmətinə zəng edərək polis əməkdaşı tərəfindən ona haqsız olaraq inzibati protokol tərtib etmək istədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı ona daha da qəzəblənmişdir. Həmin zaman o, hadisə yerini tərk edərək evinə qalxmış, barəsində tərtib ediləcək protokolu imzalamamış və izahat verməmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci tarixli MN №0175332 saylı qərar tam ədalətsiz olduğu üçün həmin qərarla razı deyil və hüquqlarının müdafiəsi uçun məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əməlində Azərbaycan Respublikas X2 211.1-ci maddəsinin tərkibi olmadığı üçün həmin protokol əsasında qəbul edilmiş 200 (iki yüz) manat cərimə edilməsi barədə xx.xx.2020-ci tarixli, MN №0175332 saylı qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şikayəti müdafiə edir. Şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında protokolu müdafiə edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X8 izahat verərək göstərdi ki, X5 xx xxxx 2020-ci il tarixdə hər hansı bir qanunla müəyyən edilmiş qaydada icazə almadan yaşadığı ünvanı tərk edərək, Respublikada mövcud olan Covid-19 pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən karantin rejimi qaydalarınını pozmuşdur. Buna görə də X5 barəsində İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilərək, 200 manat məbləğində cərimə edilmişdir. Lakin protokol tərtib edilən zaman X5 protokola imza etməmiş və izahat erməkdən imtina etmişdir. Protokolu müdafiə edir. Hesab edir ki, inzibati protokol və onun əsasında qəbul edilmiş qərar əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək işə əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0475394 nömrəli protokoldan və onun əsasında qəbul edilmiş Şəki ŞRPŞ-nin xx xxxx 2020-ci il tarixli, MN-0175332 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx xxxx 2020-ci il tarixdə icazə almadan küçəyə çıxmaqla karantin rejimi qaydalarını pozmuşdur. Bu səbəbdən də X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 145 nömrəli əmrindən görünür ki, X1 xx xxxx 2016-cı il tarixdən Şəki Apellyasiya Məhkəməsində fəhlə işinə qəbul edilməsi əmr edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görəsəksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, MN-0475394 nömrəli protokolda və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0175332 nömrəli inzibati tənbeh vermə haqqında qərarında X5 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X5 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki ŞRPŞ-nin polis sahə rəisi, İTB-nin polis sahə rəisi X7 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, MN-0475394 nömrəli protokola istinad etməklə X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilərək, 200 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx xxxx 2020-ci il tarixli, MN-0475394 nömrəli inzibati protokola imza etməmiş və izahat verməkdən imtina etmişdir. Lakin Şəki ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi X7 tərəfindən bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və şahidlərin iştirakı ilə müvafiq akt tərtib etməmiş və bu barədə iş materialına hər hansı bir sənəd əlavə etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, inzibati xəta xx.xx.2020-ci il tarixdə aşkar edilmiş və inzibati xəta barədə protokol dərhal tərtib olunmalı halda hər hansı əlavə araşdırma aparılmadan xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Halbu ki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0475394 nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş MN-0175332 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0475394 saylı nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş MN-0175332 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-451/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-451/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver