Məhkəmə qərarları › İş №3(075)-451/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-451/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-451/2024 16.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Azərbaycan X5 Şəki Regional İdarəsinin inspektoru X2 iştirakları ilə, X3 barəsində Azərbaycan X5 Şəki Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan X5 Şəki Regional İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus **-EN-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilini etibarnamə əsasında qardaşı X9 idarə etmişdir. X1 bildirdiyinə görə həmin tarixdə və ya öncəsində heç kim maşını saxlatmamış və həqiqətən də həmin tarixdə yük daşınmamışdır. Avtomobilə baxış olmadığı halda, onun və qardaşı Zaur Bayramovun xəbəri olmadan hərəkətdə olan maşına protokol yazılmış, İXM-nin 324.4-cü maddəsi ilə 50 manat cərimə edilmişdir. Yəni yük olmadığı halda və maşına baxış olmadığı halda əsassız cərimə yazılmışdır. İkinci məktub qərarla birlikdə xx.xx.2024-cü il tarixdə yazılsa da, ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Məhkəmə iclasında X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan X5 Şəki Regional İdarəsinin inspektoru X4 izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 **-EN- *** dövlət qeydiyyat nişanlı “Ford Transit markalı yük avtomobilində yük daşınması üçün buraxılış kartı almalı idi. Lakin həmin buraxılış kartı alınmamışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o, qardaşın məxsus **-EN-*** dövlət qeydiyyat nişanlı “Ford Transit markalı yük avtomobili ilə hərəkətdə olarkən, Şəki DYP-nin 5-ci alayı ərazisindən keçən zaman ona saxla işarəsi verib avtomobili saxladan olmamışdır. Avtomobilin kənardan şəklini çəkərək əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, həmin tarixdə avtomobillə hər hansı yük daşımamışdır. Avtomobildə ümumiyyətlə yük olmamışdır. X5 tərəfindən idarə etdiyi avtomobil yoxlanılmamışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki DYP-nin 5-ci alayı ərazisində xx.xx.2024-cü il tarixdə, saat 10:37 radələrində X3 idarə etdiyi “Ford Transit” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə buraxılış kartı olmadan yük daşıma fəaliyyəti göstərilməsi aşkar olunduğu üçün X3 barəsində İXM-nin 324.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-nin 324.4-cü maddəsinin tələblərini pozduğu üçün barəsində 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli, ƏN-Vİ 534030 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X7 mülkiyyətində olan “Ford Transit” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında X8 idarə etmək səlahiyyəti vermişdir. xx.xx.2024-cü il tarixli, SDV seriyalı, 17386 nömrəli avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsindən görünür ki, 7 il müddətinə, xx.xx.2031-ci il tarixədək X8 avotomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımaları həyata keçirməyə səlahiyyət verilmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X7 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.4-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarır. 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar və inzibati xəta haqqında protokol ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Azərbaycan X5 Şəki Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X7 Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, iş materiallarından, məhkəmə iclasında şahidin verdiyi ifadədən və ərizəçinin izahatından müəyyən edilir ki, şikayətçinin mülkiyyətində olan “Ford Transit” markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən idarə edilmir. Göründüyü kimi şikayətçi tərəfindən qardaşı X16 Transit” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməsi səlahiyyəti verən xx.xx.2023-cü il tarixli, ƏN-Vİ 534030 nömrəli etibarnamə verilmişdir. Eyni zamanda X7 inzibati xəta haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Azərbaycan X5 Şəki Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsi ilə təqsirli bilərək 50 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən avtomobilin kim tərəfindən idarə edilməsi göstərilməmiş, qeyd olunan nəqliyyat vasitəsinin saxlanılması və yük yerinə baxış keçirilməsi göstərilməmişdir. Qərarın məzmununda sadəcə X12 DYP-nin 5-ci alayı ərazisində xx.xx.2024-cü il tarixdə, saat 10:37 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə buraxılış kartı olmadan yük daşıma fəaliyyəti göstərilməsi qeyd edilməklə (İXM-nin 324.4-cü maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən avtomobilə baxış keçirilməsi, yükün daşınıb-daşınılmaması, avtomobilin kim tərəfindən idarə olunması yoxlanılmadan şikayətçinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarından göründüyü kimi avtomobil hərəkətdə olarkən kənardan sadəcə fotoları çəkilmişdir. Şikayətçi, eyni zamanda avtomobilin şikayətçi tərəfindən deyil, qardaşı Zaur Bayramov tərəfindən idarə edildiyini bildirmişlər. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 324.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.27-2-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 324.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X13 oğlunun İXM-in 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddələri ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Azərbaycan X5 Şəki Regional İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X7 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X13 oğlunun Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan X5 Şəki Regional İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan X5 Şəki Regional İdarəsinə göndərilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar