Məhkəmə qərarları › İş №3(075)-452/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-452/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-452/2020 07.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Şəki rayonu Bolludərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Kəlbəcər rayonu Hopurlu kəndində qeydiyyatda olan, Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1315/2020 saylı icra sənədinə əsasən xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1315/2020 saylı icra sənədinə əsasən xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Nəsimi Rayon İcra və Pobasiya Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Nəsimi rayon İcra və Pobasiya Şöbəsi tərəfindən aparılmış icra tədbirləri nəticəsində borlunun Şəki rayonu Sarıca kəndində yaşadığı müəyyən edilmiş və “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilərək icra olunması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd edilən icra sənədi xx xxxxxx 2020-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş və icra sənədi üzrə tələbin yönəldilə biləcəyi hər-hansı bir əmlak, bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitləri, gəlirlər və başqa qiymətli şeylər aşkar edilməmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixində Şəxs icra sənədi üzrə tələb icra edilmədiyi təqdirdə onun barəsində görüləcəyi məcburi icra tədbirləri barədə xəbərdarlıq məktubu göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixində borclu Şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və borcun ödənilməsi barədə tərəfimizdən izahatı alınmış, aliment borcunun ödənilməsi tələb edilmişdir. İzahatında icra sənədi üzrə yaranmış borcu 2020-ci ilin fevral ayının axırına qədər ödəyəcəyini, lakin məhkəmə tərəfindən müəyyən edilmiş 170 manat aliment məbləğini tam olaraq yox, hər ay 100 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Həmçinin, Şəxs xx xxxxxx 2020-ci il tarixində icra şöbəsində olacağına və borc məbləğini tam olaraq ödəyəcəyinə dair tərəfindən iltizam alınmışdır. Şəxs verdiyi vədə əməl etmədiyi üçün xx xxxx 2020-ci il tarixdə “Borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilmiş və borcludan 2 gün ərzində könüllü olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməsi tələb edilmişdir. Lakin borclu Şəxs müəyyən edilmiş vaxtda şöbəyə gəlməmişdir. xx xxxx 2020-ci il tarixində borclu Şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 8(075)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı qəbul olunmuşdur. Şəki Rayon Məhkəmənin 8(075)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı icra edilməsi üçün xx xxxx 2020-ci il tarixində Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixində borclu Şəxs polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və icra sənədi üzrə 1360 manat borcun ödənilməsi ondan tələb olunmuşdur. İzahatında alimenti ödəməyə imkanı olmadığını bildirmiş və icra məmurunun çağırışlarına gəlməməyinə heç bir üzrlü səbəb göstərə bilməmişdir.Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 10:40-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1315/2020 saylı icra sənədinə əsasən xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Özü heç yerdə işləyir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Onlara dövlət tərəfindən Şirvan şəhərində ev verilmişdir. Əgər ona 1 həftə vaxt verilsə borcun qarşılığında həmin evi tələbkara verib razılaşa bilər. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 10:40-da məhkəməyə aparılmışdır. Məhkəmədən ona vaxt verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunun ödəməməsini nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 10:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar