Məhkəmə qərarları › İş №3(075)-452/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-452/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-452/2023 16.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 15 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 15 may 2023-cü il tarixdə, saat 18:40 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində sərnişin qismində oturduğu nəqliyyat vasitəsinin açarını götürüb qaçmağa cəhd göstərməklə polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, 15 may 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Nihad Nəcəfov və Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Sənan Məmmədov birlikdə xidmətdə olduqları zaman təxminən saat 18:40 radələrində 20 Yanvar küçəsində hərəkətdə olan zaman “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qanunla icazə verilmədən pərdələrin tətbiqinə və arxası aşağı olması səbəbindən tərəflərindən saxlanılmışdır. Polis əməkdaları həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş və sürücüdən sənədlərini təqdim etməsi tələb olunmuşdur. Lakin sürücü ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlədərək “Mənim avtomobilimi heç kim heç yerə apara bilməz və mənim avtomobilimi heç bir polis əməkdaşı saxlada bilməz” deyərək onlara qarşı kobudluq edib özünə xəsarət yetirməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsə yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını və bununlada ictimai qayda pozuntusuna yol verdiyini izah edib onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə həmin şəxs, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da, aqressiv şəkildə öz hərəkətlərini davam etdirirdi. Həmçinin yanında sərnişin qismində əyləşən digər şəxs onların xidmətlərinə maneçilik törədərək avtomobilin açarını gizlətməyə cəhd göstərərək hadisə yerindən qaçmağa çalışırdı. Bundan sonra hər ki, şəxs onlar tərəfindən Şəki ŞRPŞ-nə gətirildi. Şəki ŞRPŞ-də nəqliyyat vasitəsinin sürücüsü Şəki şəhəri, P.Mənəfova küçəsi ev 49-da yaşayan 1999-cu il təvəllüdlü X4 və sərnişin qismində olan şəxs Şəki şəhəri, S.Rəhman küçəsi bina 75 B, mənzil 11-də yaşayan 1998-ci il təvəllüdlü Şəxs olması müəyyən edildi. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 15 may 2023-cü il tarixdə saat 18:40 radələrində dostu Elmirin idarə etdiyi “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Şəki şəhər ərazisində birlikdə hərəkətdə olduqları zaman yol polis əməkdaşları saxla işarəsi verərək avtomonili saxlatmışdılar. Bu zaman Elmir avtomobildən düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Ppolis əməkdaşı avtomobilə yaxınlaşaraq dostu Elmirə məxsus olan avtomobilin müvəqqəti duracağa qoyulacağını bildirdi. Bu zaman dostu Elmirlə polis əməkdaları arasında mübahisə yaranmış, o, da onlara yaxınlaşmışdır. Həmin vaxt Elmir özünü kəsici alətlə qolundan kəsdiyi üçün avtomobilin açarı Elmirin əlindən yerə düşmüşdür. O, da avtomobilin açarını yerdən götürüb əlində saxlamışdır. Polis əməkdaşı ondan avtomobilin açarını tələb etdikdə o, avtomobilin açarını Elmirin özüzə qaytarmışdır. Bundan sonra əraziyə PPX avtomobili yaxınlaşaraq onları polis şöbəsinə aparmışdır. Ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 izahatında göstərdi ki, 15 may 2023-cü il tarixdə Şəki ŞRPŞnin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Nihad Nəcəfovla birlikdə xidmətdə olduqları zaman təxminən saat 18:40 radələrində 20 Yanvar küçəsində hərəkətdə olan zaman “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qanunla icazə verilmədən pərdələrin tətbiqinə və arxası aşağı olması səbəbindən onlar tərəfindən saxlanılmışdır. Onlar həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş və sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişlər. Lakin sürücü ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlədərək “Mənim avtomobilimi heç kim heç yerə apara bilməz və mənim avtomobilimi heç bir polis əməkdaşı saxlada bilməz” deyərək onlara qarşı kobudluq edib özünə xəsarət yetirməyə başlamışdır. Onlar həmin şəxsə yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını və bununlada ictimai qayda pozuntusuna yol verdiyini izah edib onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə həmin şəxs, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da, aqressiv şəkildə öz hərəkətlərini davam etdirirdi. Həmin sürücünün yanında sərnişin qismində əyləşən digər şəxs onların xidmətlərinə maneçilik törədərək avtomobilin açarını gizlətməyə cəhd göstərərək hadisə yerindən qaçmağa çalışırdı. Bundan sonra hər ki, şəxs onlar tərəfindən Şəki ŞRPŞ-nə gətirildi. Şəki ŞRPŞ-də nəqliyyat vasitəsinin sürücüsü Şəki şəhəri, P.Mənəfova küçəsi ev 49-da yaşayan 1999-cu il təvəllüdlü X4 və sərnişin qismində olan şəxs Şəki şəhəri, S.Rəhman küçəsi bina 75 B, mənzil 11-də yaşayan 1998-ci il təvəllüdlü Şəxs olması müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X6 digər şahid X1 məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini eyni ilə təsdiq etdi. İş materiallarında olan 15 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 may 2023-cü il tarixdə saat 19:17-də inzibati qaydada tutulmuş və 16 may 2023-cü il tarixdə saat 11:45-də azad edilmişdir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, cərimənin məbləği müəyyən olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 may 2023-cü il tarixdə saat 19:17-dən 16 may 2023-cü il tarixdə saat 11:45-dək olan müddətdə inzibati qaydada tutulması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar