Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-453/2023 16.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxxxx 1999-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 15 may 2023-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 15 may 2023-cü, saat 18:40 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 15 may 2023-cü, saat 18:40 radələrində Şəki ŞRPŞ-nin həyətində ucadan səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, onun barəsində tərtib olunmuş protokolla razı deyil. xx.xx.2023-cü il tarixdə dostu ilə birlikdə idarə etdiyi “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Şəki şəhəri ərazisində hərəkətdə olarkən yol polisi əməkdaşları maşını saxlatmışlar. Bu zaman o maşından düşərək onlara yaxınlaşmış, polis əməkdaşları maşının arxasının niyə aşağı olmasının səbəbini soruşduqda onlara baqajda yük olduğunu demişdir. Polis əməkdaşları avtomobili müvəqqəti duracağa yerləşdirilməli olduğunu bildirmişlər. Eyni gündə polis əməkdaşları tərəfindəndən avtomobili saxlanılmışdır. Bu səbəblədə əsəbləşib özünə xəsarət yetirmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Heç bir müqavimət göstərməmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 izahat verərək bildirdi ki, 15 may 2023-cü il tarixdə saat 18:40 radələrində Şəki şəhəri ərazisində Nəcəfov Nicat xidmətdə olduqları zaman 20 Yanvar küçəsində hərəkətdə olan Vaz-2107 markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin qanunla icazə verilməyən pərdələrin tətbiqinə və avtomobilin arxası aşağı olması səbəbindən tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdə və sənədləri göstərməsini tələb etdikdə o ictimai yerdə ünvanlı və ünvansız olaraq nalayiq ifadələr işlədərək “Mənim avtomobilimi heç bir polis əməkdaşı saxlaya bilməz” kimi ifadələr işlədərək özünə xəsarət yetirməyə başlamışdır. Bundan sonra həmin şəxslər onlar tərəfindən polis şöbəsinə getirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Sarıca PB-nin YPX-nin inspektoru, polis serjantı X5 və Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 ilə oxşar məzmunda izahat vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, onun 15 may 2023-cü il tarixdə saat 19:17-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 15 may 2023-cü il tarixdə saat 19:17-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-453/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-453/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver