Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-454/2020 10.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Şəki rayonu, Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Baş Layısqı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-187/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxx 2008-ci ıl təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 manat məbləğində aliment tutularaq tələbkar Murtuzova Gülçöhrə Mövlan qızına ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-187/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 manat məbləğində aliment tutularaq tələbkar Murtuzova Gülçöhrə Mövlan qızına ödənilməlidir. Məcburi icra tədbirləri həyata keçirilərək Şəxs əmlak vəziyyəti və gəlirlərinin olmadığı müəyyən edilmişdir. Daha sonra yeri məlum olmadığından xx.xx.2020-ci il tarixində barəsində axtarış elan edilmiş, xx.xx.2020-cı il tarixində müəyyən edilərək İcra və Probasiya şöbəsinə gətirilmişdir Həmin tarixdə ondan borc məbləğindən əsaslı ödəniş edilməsi tələb edilsə də. heç bir ödəniş etməmişdir. İzahat verərək bildirmişdir ki. Bakı şəhərində işləyir və daimi orada yaşayır. İcra sənədi barədə məlumatlıdır, fəhlə işləsə də rəsmi qazancı yoxdur. Maddi vəziyyəti pis olduğuna görə aliment ödəyə bilməmişdir. Həmçinin, yenidən ailə qurduğunu, rəsmi nikah olmadan kirayə tutduğu evdə yaşadığını qeyd edir. Hal-hazırda borclunun 6300 manat aliment borcu vardır. Bakı şəhərində yaşaması və işləməsinə baxmayaraq bu günə qədər heç bır aliment odəməməsi alimenti ödəməkdən qəsdən yayındığı sübut edir. Nəticə olaraq Şəxs icra sənədini qəsdən icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 187/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən xx xxxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 manat məbləğində aliment tutularaq tələbkar Murtuzova Gülçöhrə Mövlan qızına ödənilməlidir. Boşandıqdan sonra uşaqlarını görməmiş, onlara heç bir yardım etməmişdir. İcra sənədindən xəbəri var. 2005-ci ildən işləmək məqsədi ilə Bakı şəhərində yaşayır və axtarış müddətində də Bakı şəhərində olmuşdur. Fəhlə bazarında fəhlə işləmiş və aylıq qazancı 300 manat təşkil etmişdir. Yenidən ailə qurmuş, lakin rəsmi qaydada nikah qeyd etdirməmişdir. Maddi imkanının aşağı olduğundan borcunu ödəyə bilmir. Özünə məxsus evi keçmiş yoldaşına vermiş, həmin evin satılaraq alimentə ödənilməsini istəyir. Əks halda aliment borcunu tam ödəyə bilməyəcək, ancaq hissə-hissə ödəyə bilər. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydad həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-454/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-454/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver