Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-455/2021 07.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 12.08.2021-ci il tarixdə, saat 14:00-da Şəki rayonu, Kiçik Dəhnə kəndində Şəxs üzərində çəkisi 2,51 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs 12.08.2021-ci il tarixdə Şəki şəhəri ərazisində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol ön cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 2.51 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Buna görə də vətəndaş Şəxs 13.08.2021-ci il tarixdə müayinədən keçirilmiş və narkotik vasitə olan marixuana qəbul etməsi müəyyən edilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, əvvəllər yəni 2014-cü ildə CM-nin 177.2.1-ci maddəsi ilə 4 il 6 ay azadlıqdan məhrum edilmiş, 2018-ci ildə barəsində amnistiya tətbiq olunaraq azadlığa çıxmışdır. Əvvəllər ailəli olmuş, lakin boşanmışdır. 1 övladı var, o da anasının himayəsindədir. İkinci dəfə ailə qurmamışdır. Bildirmişdir ki, 09.08.2021-ci il tarixdə tanışı Elxandan 60 manat dəyərində 1 ədəd kibrit qutusunda olan marixuana almışdır. Daha sonra, yəni 11.08.2021-ci il tarixdə Elxandan 20 manat dəyərində marixuana almışdır. Bir gün sonra isə həmin narkotik vasitədən istifadə etmişdir. 12.08.2021-ci il tarixdə Şəki şəhəri ərazisində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol ön cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 2.51 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. 13.08.2021-ci il tarixdə müayinədən keçirilmiş və narkotik vasitə olan marixuana qəbul etməsi müəyyən edilmişdir. Etdiyi əməlin qanun pozuntusu olduğunu bilir, əməlimə görə peşmandır və gələcəkdə belə halların baş verməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan 13 avqust 2021-ci il tarixli, 281A nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun təsdiq edeilmiş surətindən görünür ki, Şəxs sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. İşdə olan 07 sentyabr 2021-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 07 sentyabr 2021-ci il tarixdə, saat 09:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu 07 sentyabr 2021-ci il saat 09:25-dən hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-455/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-455/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver