Məhkəmə qərarları › İş №3(075)-455/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-455/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-455/2022 02.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Zəkəryeyev İlkin Fikrət oğlunun katibliyi X1 iştirakı ilə, 21 avqust 1963-cü il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş 06 mart 2022-ci il tarixli, EQ-9188279 saylı inzibati xəta haqqında protokolun cəriməsini qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şəki ŞRPŞ-nin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə 06 mart 2022-ci il tarixli, EQ-9188279 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş 06 mart 2022-ci il tarixli, EQ-9188279 saylı inzibati xəta haqqında protokola əsasən 50 manat məbləğində inzibati cərimə edilmiş, inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün dəbbə pulu hesablanaraq həmin məbləğ 65,5 manat təşkil etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, “Asan.pay.az” rəsmi internet səhifəsindən çıxarılmış son ödəniş məlumatlarından görünür ki, EQ-9188279 nömrəli inzibati xəta haqqında protokol üzrə borclar (müvafiq cərimə və dəbbə pulu) ödənilmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06 mart 2022-ci il tarixli, EQ-9188279 saylı inzibati xəta haqqında protokol üzrə müvafiq cərimə və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 06 mart 2022-ci il tarixli, EQ-9188279 saylı inzibati xəta haqqında protokol əsasında 04 iyul 2022ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5100, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-455/2022 02 sentyabr 2022-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Şəki Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 3 (075)-455/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hörmətlə, Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5100, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-455/2022 02 sentyabr 2022-ci il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs (Şəki rayonu, Orta Zəyzid kəndi) Müdafiəçi: X4 (Şəki Regional Vəkil Bürosu) Şəki Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 3 (075)-455/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar