Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-455/2024 27.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli, EQ seriyalı, 243907 nömrəli inzibati xəta haqqında qərardan X2 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: X2 şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli, EQ seriyalı, 243907 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106.0.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini həll edir. 106.0.2-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcud olması məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir: 146.1-1-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın tərtib edilməsindən 5 (beş) il keçdiyindən həmin qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Yuxarıda göstərilən maddənin normasından da göründüyü kimi inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti keçdikdə onu qəbul etmiş hakim, səlahiyyətli orqan tərəfindən icraata xitam verilir. Hazırkı halda iş materiallarında olan qərardan müəyyən edilir ki, qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmişdir. Belə olan halda X1 inzibati xəta haqqında qərarın icraatına xitam verilməsi ilə bağlı ərizəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə verilməlidir. Şərh edilənlərə əsasən hesab edirəm ki, X1 barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, EQ seriyalı, 243907 nömrəli inzibati xəta haqqında qərarın icraatına xitam verilməsi barədə şikayəti geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, EQ seriyalı, 243907 nömrəli inzibati xəta haqqında qərarın icraatına xitam verilməsi barədə ərizəsi geri qaytarılsın. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-455/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-455/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver