Məhkəmə qərarları › İş №3(075)-456/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-456/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-456/2020 25.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şikayətçi X3 iştirakı ilə, Şikayətçi X3 Şəki ŞRPŞ-nin xx xxxxx 2020-ci il tarixli, MN-0147489 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN-0147442 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şikayətçi X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin xx xxxxx 2020-ci il tarixli, MN-0147489 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN-0147442 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şikayətçi X5 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə istifadə etdiyi mobil telefonunu satmaq üçün yaşadığı Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən evdən piyada təzə bazar ərazisinə gəlmişdir. Bazar ərazisində polis sahə rəisi ona yaxınlaşmış və özünü təqdim edərək karantin rejimi qaydalarını pozub-pozmadığı bilmək üçün onun yaşını soruşmuşdur. O isə 66 yaşının olduğunu demişdir. Polis əməkdaşı ona karantin rejimi qaydalarını pozduğuna görə inzibati protokol tərtib ediləcəyini bildirmişdir. Polis əməkdaşına həmin zaman orada ondan başqa şəxslərin olduğunu bildirməklə ona irad tutmuşdur. Bildirdi ki, həmin vaxt polis əməkdaşı içkili vəziyyətdə olmuş və onu təhqir etmişdir. Bundan sonra o, “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra oradan üzaqlaşaraq evə qayıtmışdır. Daha sonra isə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş və onun barəsində inzibati protokol tərtib etmişlər. Halbuki o, evdən çıxarkən SMS icazə ilə çıxmışdır. Hesab edir ki, karantin rejimi qaydalarını pozmamışdır. Ona görə onun əməlində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı üçün Şəki ŞRPŞ-nin barəsində qəbul etdiyi qərar ləğv edilməlidir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş və qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Şikayətçi Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X6 xx xxxxx 2020-ci il tarixli, MN- 0147489 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN-0147442 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə, yaşı 65-dən yuxarı olan vətəndaş X5 yaşadığı ünvanı tərk edərək, karantin rejiminin tələbini pozmuşdur. Buna görə də, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş polis serjantı X2 və X4 izahatlarının təsdiq edilmiş surətlərindən görünür ki, onlar xx xxxxx 2020-ci il tarixdə X1 rejiminin tələblərini pozmasını təsdiq etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri ilə bağlı qayda tətbiq etmişdir. Həmin Qərarın 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarın 1.7-ci maddəsinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin Qərarın 1.11-ci maddəsinə əsasən bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Həmin Qərarın 1.13-ci maddəsinə əsasən hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantintəşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi şikayətçi X5 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə yaşadığı Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən evini tərk edərək, Şəki şəhərinin bazar ərazisinə getmişdir. Bu zaman onun küçəyə çıxması ilə əlaqədar hər hansı icazəsi olmamışdır. Beləliklə X5 yaşı 65-dən yuxarı olmaqla xx xxxxx 2020-ci il tarixdə, qanunla müəyyən edilmiş qaydada icazəsi olmadan yaşadığı ünvanı tərk etməklə, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarını, yəni xüsusi karantin rejimi qaydalarının tələblərini pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin xx xxxxx 2020-ci il tarixli, MN-0147489 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN- 0147442 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin icraatına xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şikayətçi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin xx xxxxx 2020-ci il tarixli, MN-0147489 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN-0147442 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin icraatına xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar