Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-456/2021 08.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1535/2014 saylı, 22.08.2014-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər cəmi 60 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-5146/2017 saylı, 22.09.2017-ci il tarixli icra sənədi üzrə aliment məbləği artırılaraq borclu Şəxs hər cəmi 70 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2158/2019 saylı, 13.12.2019-cu il tarixli icra sənədi üzrə aliment məbləği yenidən artırılaraq borclu Şəxs hər cəmi 100 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1535/2014 saylı, 22.08.2014-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər cəmi 60 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-5146/2017 saylı, 22.09.2017-ci il tarixli icra sənədi üzrə aliment məbləği artırılaraq borclu Şəxs hər cəmi 70 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2158/2019 saylı, 13.12.2019-cu il tarixli icra sənədi üzrə aliment məbləği yenidən artırılaraq borclu Şəxs hər cəmi 100 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. İcra sənədləri üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Hazırda borclu Şəxs ödənilməmiş aliment məbləği cəmi 5383 manat təşkil edir. Sözügedən aliment borcunun borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədləri üzrə borclu Şəxs bir neçə dəfə İnzibati məsuliyyyətə cəlb edilmişdir.Sonuncu dəfə 12.08.2021-ci il tarixdə axtarışa verilmiş və 08.09.2021-ci il tarixdə Polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ondan həmin tarixdə izahat alınmışdır. Borcludan yaranmış aliment borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu izahatında maddi vəziyyətinin yaxşı olmadığını həmçinin boxlu yaranmış aliment borcundan ödəniş etmək imkanının olmadığını bildir. Bununlada keçən müddət ərzində icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 08 sentyabr 2021-ci il tarixdən, saat 11:45 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 12:40-da o, məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1535/2014 saylı, 22.08.2014-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər cəmi 60 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-5146/2017 saylı, 22.09.2017-ci il tarixli icra sənədi üzrə aliment məbləği artırılaraq borclu Şəxs hər cəmi 70 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2158/2019 saylı, 13.12.2019-cu il tarixli icra sənədi üzrə aliment məbləği yenidən artırılaraq borclu Şəxs hər cəmi 100 manat aliment alınaraq X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Axtarışda olduğu barədə məlumatı olmuşdur. Dəfələrlə polis əməkdaşları və icra məmurları tərəfindən ona məlumat verilmiş, çağırış üzrə gəlməsi tələb olunmuşdur. Amma inzibati məsuliyyətə cəlb olunacağını bildiyi üçün çağırış üzrə gəlməkdən yayınmışdır. Heç bir yerdə işləmədiyi üçün icra sənədi üzrə borcunu ödəyə bilmir. Əlavə olaraq bildirdi ki, 08 sentyabr 2021-ci il tarixdən, saat 11:45 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:40-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 08 sentyabr 2021-ci il tarixdən, saat 11:45 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 08 sentyabr 2021ci il tarixdən, saat 11:45-də məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 08 sentyabr 2021-ci il tarixdən, saat 11:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 08 sentyabr 2021-ci il tarixdən, saat 11:45-dən hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-456/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-456/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver