Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-459/2021 09.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Vətən Müharibəsi iştirakçısı Şəki rayonu, Baltalı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs üzərindən 18.06.2021-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində 0,36 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülmüşdür. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, 18.06.2021-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində Şəxs üzərindən ,36 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülmüşdür. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 18 iyun 2021-ci il tarixdə həmkəndlisi X1 narkotik vasitə hesab edilən 0,36 qram qurudulmuş marixuananı 10 manata almışdır. Bildirdi ki o, İİ Qarabağ müharibəsi iştirakçısıdır və döyüş zamanı baş vermiş partlayış nəticəsində beyin sirkələnməsi almışdır. Buna görə də tez-tez baş ağrıları olur və sakitləşmək üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, əvvəllər də narkotik vaasitədən istifadə etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 19 iyun 2021-ci il tarixli 17/446 saylı rəyinin təsdiq edilmiş surətindən görünür ki, “Şebhəli şəxs Şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-459/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-459/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver