Məhkəmə qərarları › İş №3(075)-46/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-46/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-46/2022 02.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Şəxs QSC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəxs və Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi X1 tərəfindən tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli, AP-0169936 seriya nömrəli protokoldan görünür ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən Şəxs QSC tərəfindən Kamaz markalı, ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilin istifadəçisi barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, Şəxs-nin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İşdən görünür ki, Şəxs ona göndərilmiş məktub-bildirişi 06.01.2022-ci il tarixdə almış, qanunvericilikdə göstərilən 5 gün ərzində Şəxs nə məxsus nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və buna görə də barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə 14 yanvar 2022-ci il tarixdə inzibati protokol tərtib edilmişdir. Məhkəmə Euroline” nə Azərbaycan Respublikası İXM-nin 347-ci-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar