Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-460/2020 21.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Abdullayevə Şövkət Məzahir qızının iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki şəhəri, M.Əliyev küçəsi, 2/10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-3606/2017 saylı, xx xxxx 2017-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü Abdullayev Ömər Tərlan oglu və 28.08. 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla cəmi 200 (iki yüz) manat aliment alınaraq tələbkar Abdullayevə Şövkət Məzahir qızına ödənilməlidir. İş materialı xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında sözügedən icra sənədinin icrasından boyun qaçırmadığını, hazırda borcunu tam ödəməyə imkanının olmadığını, lakin ona sabahadək vaxt verilərsə icra sənədi üzrə borcunun müəyyən hissəsini ödəyəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və zərərçəkmiş şəxs Abdullayeva Şövkət Məzahir qızı məhkəmə iclasının xx xxxxxx 2020ci il tarixə keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Buna görə də məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə saat 11:00-a təxirə salınmışdır. xx xxxxxx 2020-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin olunmuş məhkəmə iclаsınа çаğırılmаsınа bаxmаyаrаq (bundan əlavə telefon vasitəsi ilə əlaqə saxlanılmış və məhkəmə iclasının vaxtı ona bildirilmişdir) məhkəmə iclasına gəlməmişdir. Buna görə də inzibati xətaya dair işə onun iştirakı olmadan baxılması mümkün olmamışdır. Şəki Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə xx xxxxxx 1979-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəki şəhəri, M.Əliyev küçəsi, 2/10 ünvanında yaşayan Şəxs xx xxxxxx 2020-ci il tаrixə sааt 10:30-a Şəki Rayon Məhkəməsinin inzibati binasında (Zal 9) keçiriləcək məhkəmə iclasında iştirak etməsi üçün məcburi gətirilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-3606/2017 saylı, xx xxxx 2017-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü Abdullayev Ömər Tərlan oglu və 28.08. 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla cəmi 200 (iki yüz) manat aliment alınaraq tələbkar Abdullayevə Şövkət Məzahir qızına ödənilməlidir. İcra sənədi xx.xx.2017-cı il tarixdə Şəki Rayonu üzrə İcra və Probasıya Şöbəsinin icratına daxıl olmuşdur İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Hazırda borclu Şəxs ödənilməmiş aliment məbləği 1400 manat təşkil edir. Sözügedən aliment borcu, borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şıfahi xəbərdarlıqlar edilmiş, xəbərdarlığa baxmayaraq icra sənədi uzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında imkanı olmadığı və karantın vəziyyəti olduğuna görə ödəniş edə bimədiyinı bidirmışdir. Həmçinin borcludan avqust ayının sonunda 200 manat ödəniş edə biləcəyini bildirmişdir. Bununla da keçən 6 ay müddət ərzində icra sənədi uzrə tələbin icrası borclu X2 tərəfindən qərəzli olaraq icra edilməmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 3606/2017 saylı, xx xxxx 2017-ci il tarixli icrası sənədinə əsasən ondan xx.xx.2010-cu il təvəllüdlü Abdullayev Ömər Tərlan oglu və 28.08. 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla cəmi 200 (iki yüz) manat aliment alınaraq tələbkar Abdullayevə Şövkət Məzahir qızına ödənilməlidir. İcra sənədindən məlumatı var. Cari ilədək aliment borcunu vaxtıvaxtında ödəmişdir. Lakin, hazırda pandemiya lə əlaqədar işləyə bilmədiyindən maddi vəziyyəti aşağıdır. Buna görə də son vaxtlar aliment borcunu ödəyə bilməmişdir. Hazırda icra sənədi üzrə borcunu bir dəfəyə ödəmək imkanı yoxdur. Məhkəmə tərəfindən ona vaxt verilsə də heç bir ödəniş etməmişdir. Lakin, borcunu ayda 200 manat olmaqla hissə-hissə ödəyə bilər. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Tələbkar Abdullayevə Şövkət Məzahir qızı izahat verərək göstərdi ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-3606/2017 saylı, xx xxxx 2017-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü Abdullayev Ömər Tərlan oglu və 28.08. 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla cəmi 200 (iki yüz) manat aliment alınaraq ona ödənilməlidir. Lakin, Şəxs xeyli müddətdir ki aliment borcunu ödəmir. Hazırda onun 1400 manat aliment borcu yaranmışdır. Bununla yanaşı uşaqları ilə maraqlanmır, onların maddi və mənəvi ehtiyaclarına heç bir fikir bildirmir. Həmçinin hər hansı bir yerdə onu gördükdə acılayır və təhqiramiz ifadələr işlədir. Göstərilənləri nəzərə alaraq, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, tələbkarın izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydad həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığı nəzərə alınaraq Şəxs həbsə alınmasının əvvəli uyğun olaraq bu gün xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da sərbəst hərəkət etmək imkanının məhdudlaşdırılması nəzərə alınmaqla xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-460/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-460/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver