Məhkəmə qərarları › İş №3(075)-460/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-460/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-460/2021 24.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: X3 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin DYPB YPX-nin İXP ******* nömrəli 19.08.2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin DYPB YPX-nin İXP ******* nömrəli 19.08.2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin DYPB YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Şəki ŞRPŞ-nin DYPB YPX-nin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Şəki şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 19 avqust 2021-ci il tarixdə avtomobil ilə Şəki şəhərində yerləşən “Azərbaycan Respbulikası Beynəlxalq Bankı”nın yaxınlığından keçən zaman yol polisi əməkdaşı ona saxla işarəsi vermiş və o, avtomobili saxlamışdır. Həmin zaman avtomobildə tək olmuşdur. Polis əməkdaşı ona yaxınlaşaraq taksi fəaliyyəti ilə məşğul olub-omamasını soruşmuş, o isə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra ona bildirmişlər ki, maska taxmayaraq karantin qaydalarını pozmuşdur. O isə maskadan istifadə etdiyini bildirmişdir. Polis əməkdaşı isə ona demişdir ki. onlarda video görüntü vardır. O, polis əməkdaşından maska taxmaması ilə bağlı video görüntünü ona göstərməsini xahiş etmişdir. Lakin polis əməkdaşı onun xahişinə məhəl qoymaraq barəsində inzibat xəta haqqında protokol tərtib edəcəyini bildirmiş və barəsində İXM-nin 211.2-ci maddəsi ilə, yəni tibbi maskadan istifadə etmədiyinə görə inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin o etiraz edərək həmin protokolu imzalamamışdır. O, həmin inzibati xətanı törətməmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Əksinə onun belə bir inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs sübut etməlidir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni müdafiə edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 19.08.2021-ci il tarixli, İXP-4136580 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 322.02.2 və 211.2ci maddələrində nəzərdə tutulmuş xətanı törədmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin DYPB YPX-nin İXP ******* nömrəli 19.08.2021-ci il tarixli inizbati xəta haqqında protokolda X4 Azərbaycan Respublikası İXMnin 322.02.2 və 211.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törəddiyi qeyd edilsə də, X4 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə sorğu edərək qeyd edilən protokolun çıxarılmasına əsas olmuş səndələri Şəki ŞRPŞ-dən tələb etmiş, lakin sorğuya cavab olaraq yalnız İXP ******* nömrəli, 19.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol göndərilmiş, onun çıxarılmasına əsas olan hər hansı video, foto və.s sənəd əlavə edilməmişdir. Buna görə də Şəki ŞRPŞ-nin DYPB YPX tərəfindən tərtib edilmiş İXP ******* nömrəli 19.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki ŞRPŞ-nin DYPB YPX tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 19.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar