Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-460/2025 25.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, xx.xx.1977-c il tarixdə Şəki rayonu Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəki rayonu Oraban kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 2025-ci ilin may ayında müvafiq icra hakimiyyəti orqanından icazə almamış mülki ov silahını saxlama səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ-nin nümayəndəsi, eləcə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 3- 16-16-17/2-363/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, İJ-18EM markalı, A33819 nömrəli, 16 kalibrli, tüfəng daxili çaxmaqlı, (təhlükəli) yivsiz odlu ov silahı saz vəziyyətdədir. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Murad Sırafılovyn cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, HK-1/931 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs yaşadığı evdə saxladığı 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, İJ-18EM markalı, A33819 nömrəli, 16 kalibrli, tüfəng daxili çaxmaqlı, (təhlükəli) yivsiz odlu ov silahı DİN-nin X4 Baş İdarəsinə göndərliməsi üçün şöbənin aidiyyatı xidmət sahəsinə təhvil verilməsi qərara alınmışdır. Şəxs Şəki ŞRPŞ-nə təqdim etdiyi izahatdan görünür ki, o, ov tügəngini evində saxlamışdır, tüfəngin sənədləri olmamış, tüfəng istifadəyə yararsızdır və o, həmin silahı polis əməkdaşlarına könüllü şəkildə təhvil vermişdir. Şəxs qanunsuz olaraq saxladığını təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması (İXM 32.1.1) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, İJ-18EM markalı, A33819 nömrəli, 16 kalibrli, tüfəng daxili çaxmaqlı, (təhlükəli) yivsiz odlu ov silahı dövlət nəfinə müsadirə edilsin. Qərarın İcrası silahın müsadirə edilməsi hissəsində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-460/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-460/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver