Məhkəmə qərarları › İş №3(075)-461/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-461/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-461/2021 10.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1965-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24(102)-29/2019 nömrəli, 08.02.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs Bəhram oğlundan 03.02.2016-cı il tarixdən hesablanmaqla hər ay üçün aylıq gəlirinin 1/6 hissəsi tutularaq 20 fevral 2005-ci il təvəllüdlü X1 şəxsi hesabına köçürülməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24(102)-29/2019 nömrəli, 08.02.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu borclu Şəxs Bəhram oğlundan 03.02.2016-cı il tarixdən hesablanmaqla hər ay üçün aylıq gəlirinin 1/6 hissəsi tutularaq 20 fevral 2005-ci il təvəllüdlü X1 şəxsi hesabına köçürülməlidir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs Bəhram oğlunun 5787,05 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd edilən icra sənədi 15.04.2019-cu il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs Bəhram oğluna göndərilmişdir. Lakin borclu Şəxs Bəhram oğlu könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Borclu Şəxs Bəhram oğlu dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq icra sənəd üzrə tələbin icrasını təmin etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzi olaraq boyun qaçırmışdır. 10.09.2021-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində olan borclu Şəxs Bəhram oğlu verdiyi izahatında hal-hazırki tarixə yaranmış 5787,05 manat məblğində aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 10 sentyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:30-da o, məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24(102)- 29/2019 nömrəli, 08.02.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu ondan 03.02.2016-cı il tarixdən hesablanmaqla hər ay üçün aylıq gəlirinin 1/6 hissəsi tutularaq 20 fevral 2005-ci il təvəllüdlü X1 şəxsi hesabına köçürülməlidir. Maddi imkanı olmadığından icra üzrə borcunu ödəyə bilməmişdir. Heç bir yerdə işləmədiyi üçün icra sənədi üzrə borcunu ödəyə bilmir. Əlavə olaraq bildirdi ki, 10 sentyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:30-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 10 sentyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 10 sentyabr 2021ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 10 sentyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 10 sentyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar