Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-462/2020 13.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 43 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Dövlət Miqrasiya Xitmətinin ******* saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 3000 manat məbləğində cərimə alınaraq dövlət hesabına ödənilməlidir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialından görünür ki,Dövlət Miqrasiya Xitmətinin ******* saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 3000 manat məbləğində cərimə alınaraq dövlət hesabına ödənilməlidir. Hal-hazırki tarixədək icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə ödənilməli inzibati cərimə məbləğindən heç bir ödəniş etməmiş və cəmi 3000 manat məbləğində borcu mövcuddur. Qeyd olunan icra sənədi üzrə xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilmişdir. Lakin icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən, yəni xx.xx.2019-cu ildən hal-hazırki tarixə qədər ona edilən xəbərdarlıqlara baxmayaraq icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərində icra sənədinin icrası ilə əlaqədar olaraq Şəki rayonu üzrə icra və Probasiya Şöbəsində olan borclu Şəxs verdiyi izahatlarında işləmədiyini, maddi imkanının olmadığını əsas gətirərək inzibati cərimə məbləğini ödəyə bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə ödənilməli inzibati cərimə məbləğini qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 529.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Dövlət Miqrasiya Xitmətinin ******* saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 3000 manat inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Lakin maddi imkanı olmadığından o, cəriməni ödəyə bilməmişdir. Bundan sonra da cəriməni ödəməsi mümkünsüzdür. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-462/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-462/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver