Məhkəmə qərarları › İş №3(075)-463/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-463/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-463/2024 25.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəki şəhəri, Şəhriyar küçəsi, dalan 2, ev 13-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsindən daxil olmuş materialdan görünür ki, vətəndaş Şəxs 20 iyun 2024-cü il tarixdə saat 04:45-də “Kia Rio” markalı, **- XP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında sərxoş halda idarə edərkən Şəki şəhəri, Şəhriyar küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X1 idarə etdiyi “Opel Astra” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla bağlı Şəxs barəsində İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında bildirdi ki, Şəxs 20 iyun 2024-cü il tarixdə saat 04:45-də “Kia Rio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə edərkən Şəki şəhəri, Şəhriyar küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X1 idarə etdiyi “Opel Astra” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Onun əməlində 327.1, və 333.3-cü maddələrinin tərkibi olduğundan bu barədə protokol tərtib edilərək materialla birlikdə məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs protokolda göstərilənlərin düzgün olduğunu bildirərək özünü inzibati xətanın törədilməsində təqsirli bildiyini etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Törətdiyi əmələ görə səmimi peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs X1 Şəki Şəhər-Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, 20 iyun 2024-cü il tarixdə saat 04:45-də “Opel Astra” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhəri, Çalğalıbulaq küçəsində hərəkətdə olarkən həmin küçənin kəsişməsində olan Şəhriyar küçəsində hərəkətdə olan “Kia Rio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil yolu gözləmədən çıxaraq onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, lakin onun avtomobilinə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, 20 iyun 2024-cü il tarixdə saat 04:45-də Şəki şəhəri, Şəhriyar küçəsində hərəkətdə olarkən Çalğalıbulaq küçəsinin kəsişməsində idarə etdiyi “Kia Rio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan “Opel Astra” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sol qabaq hissədən dəyməklə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. X3 etmək üçün verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “Kia Rio” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 mülkiyyətində olan avtomobili idarə etmək üçün Şəxs xx.xx.2026-c il tarixədək 02 (iki) il 06 (altı) ay müddətinə etibarnamə vermişdir. xx.xx.2024-cü il tarixli, 490 və 491 nömrəli sərxoşluğun müəyyən edilməsinə dair müayinə sənədindən görünür ki, hadisə zamanı Şəxs sərxoşluq vəziyyətində olmuşdur, X2 isə sərxoş olmamışlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ X3 etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində bu Məcəllənin Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (X3 etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsinin) törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 333.3-cü maddəsinin sanksiyasında X3 etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya X3 etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasının hədləri daxilində sürücülük hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsinə göndərilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar