Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-464/2020 17.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu Birinci Biləcik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Şəki rayonu Birinci Biləcik kəndində qeydiyyat olan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-145/2020 saylı, xx xxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2010-cu il təvəllüdlü X10 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq X5 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-145/2020 saylı, xx xxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2010-cu il təvəllüdlü X10 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq X5 verilməlidir. Alimentin tutulmasının əvvəli xx xxxxxxx 2013-cü il təvəllüdlü X9 münasibətdə xx xxxxxx 2019-cu il tarixdən, xx xxxxxx 2010-cu il təvəllüdlü X7 münasibətdə isə onun faktiki olaraq anası X3 himayəsinə verildiyi vaxtdan hesablanmalıdır. İcra sənədi xx xxx 2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borclu Şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq göndərilərək ondan icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu aliment pulundan bugünədək cəmi 200 manat ödəniş etmiş və bununla kifayətlənmişdir. Eyni zamanda tərəflərindən borclunun adına banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi daşınar və ya daşınmaz əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu və yaşadığı Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbkar X1 rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək borclunun hazırda 700 (yeddi yüz) manat məbləğində aliment borcunun yarandığını bildirmiş və onun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hazırda aliment borcu 700 (yeddi yüz) manat təşkil edir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı borclu Şəxs rəsmi şəkildə xəbərdarlıq edilməsinə və Şəki rayonu üzrə icra və probasiya şöbəsinə dəvət edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcun ödənilməsini təmin etməmişdir. Borclunun xx xxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə Şəki rayonu üzrə icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırkı tarixdə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bununla da icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 12:40-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 145/2020 saylı, xx xxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2010-cu il təvəllüdlü X10 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq X5 verilməlidir. Daimi iş yeri və gəliri olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda 100 manat aliment ödəyə bilər. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-145/2020 saylı, xx xxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2010-cu il təvəllüdlü X10 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq ona verilməlidir. Qətnamənin qanuni qüvvəyə minməsindən uzun müddət keçsə də borclu Şəxs cəmi 200 manat ödəniş etmişdir. Belə ki, onunla telefon vasitəsilə əlaqə saxlamış, hər ay 30-40 manat ödənişə razı olduğunu bildirmişdir. Lakin borclu borcunu ödəmək fikrinin olmadığını bildirmişdir Əgər borclu aliment borcunu tam ödəmirsə onun inzibati həbs edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, zərərçəkmiş şəxsin izahatları və digər sənədlərlə təsdiq olundu. Şəxs məhkəmə iclasında təsadüfi gəlirlər əldə edərək daimi iş yeri olmadığı üçün aliment borcunu ödəyə bilmədiyini bildirsə də, iş materiallarından görünür ki, sonuncu qətnamə qanuni qüvvəsindən aldıqdan bəri cəmi 200 manat ödəniş etmişdir. Bu isə bir daha onu sübut edir ki, Şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır və məhkəmə iclasında dedikləri özünümüdafiə xarakteri daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunun ödəməməsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-464/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-464/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver