Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-465/2020 02.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şikayətçi X1 iştirakı ilə, Şikayətçi X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0643591 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN- 0175458 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şikayətçi X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş protokol əsasında cərimə olunması barədə Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN-0175458 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayətçi X3 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə səhər adəti üzrə işə gedərkən polis tərəfindən saxlanılmışdır. Karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarxə kimi ölkə ərazisi üzrə xidməti icazəsi olduğu, habelə icaze.e-gov.az qeydiyyatdan keçməklə elektron portalda sürücü vəzifəsində işləməsi qeyd edildiyi halda İXM-nin 211.1-ci maddəsi əsasında 100 manat cərimə yazılmışdır. Bu barədə etiraz edərək şikayət edəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarı alarkən məlum olmuşdur ki, 200 manat məbləğində cərimə olunmuşdur. Hal-hazırda “xxxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləyir. Elektron Hökumətin İnkişaf Mərkəzi tərəfindən ona verilən icazə barədə məlumatda ölkə ərazisi üzrə xidməti buraxılış növünün bitmə tarixi xx.xx.2020-ci il qeyd edilmişdir. Polis əməkdaşı bütün qeyd etdiklərini nəzərə almamış, karantin rejimi qaydalarını pozmadığı halda tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində əsassız qərar qəbul edilmişdir. Qeyd etdiklərinə əsasən heç bir sübut olmadan onu 200 manat cərimə etmişlər. Bu təqsirsizlik prezumpsiyasına ziddir. O heç bir inzibati xəta törətməmiş və özünü təqsirli bilmir. Barəsində tərtib edildiyi bildirilən və tələb etsə də ona təqdim edilməyən protokol əsassız və birtərəfli qaydada tərtib edildiyi üçün sübutetmə vəzifəsi həmin protokolu tərtib etmiş, habelə həmin protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxslərin üzərinə düşür. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 izahat verərək göstərdi ki, X3 xx.xx.2020-ci il tarixdə saat 08:50-də Şəki şəhəri, N.Nərimanov küçəsində idarə etdiyi avtomobillə müvafiq icazə almadan fəaliyyət göstərərək karantin rejimi qaydalarını pozmuşdur. Göstərmişdir ki, Buna görə də, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materialına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0643591 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0175458 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X3 xx.xx.2020-ci il tarixdə saat 08:50-də Şəki şəhəri, N.Nərimanov küçəsində idarə etdiyi avtomobillə müvafiq icazə almadan fəaliyyət göstərərək karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materialına əlavə edilmiş “icaze.e-gov.az” portalından çıxarılmış əməkdaş barədə məlumatdan görünür ki, “xxxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləyən X2 xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində fəaliyyət göstərmək üçün xidməti icazə verilmişdir. İş materialına əlavə edilmiş “icaze.e-gov.az” portalından çıxarılmış əməkdaş barədə məlumatdan görünür ki, “xxxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləyən X2 xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində fəaliyyət göstərmək üçün xidməti icazə verilmişdir. İş materialına əlavə edilmiş “icaze.e-gov.az” portalından çıxarılmış əməkdaş barədə məlumatdan görünür ki, “xxxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləyən X2 xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində fəaliyyət göstərmək üçün xidməti icazə verilmişdir. İş materialına əlavə edilmiş “icaze.e-gov.az” portalından çıxarılmış əməkdaş barədə məlumatdan görünür ki, “xxxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləyən X2 xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində fəaliyyət göstərmək üçün xidməti icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri ilə bağlı qayda tətbiq etmişdir. Həmin Qərarın 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarın 1.7-ci maddəsinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin Qərarın 1.11-ci maddəsinə əsasən bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Həmin Qərarın 1.13-ci maddəsinə əsasən hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantintəşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi şikayətçi X3 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatından və iş materialına əlavə edilmiş sənədlərdən onun İXM-nin 211-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər işə gedərkən polis əməkdaşları onu tərəfindən saxlanılmışdır. İş materialındakı sənədlərdən də göründüyü kimi X1 xx.xx.2020-ci il tarixə ölkə ərazisində fəaliyyət göstərmək üçün xidməti icazə verilməmişdir. Belə ki, işdə olan “icaze.e-gov.az” portalından çıxarılmış əməkdaş barədə məlumatdan görünür ki, “xxxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləyən X2 xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində fəaliyyət göstərmək üçün xidməti icazə verilmişdir. Həmin icazənin bitmə tarixi xx.xx.2020-ci il tarixi olması göstərilmişdir. Belə olduğu halda X1 icazəsi xx.xx.2020-ci il tarixdə saat gecə saat 12:00-dək olmuşdur. Onun qeyd edilən icazəsi xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərini əhatə etməmişdir. Belə ki, onun portalda yerləşdirilmiş növbəti icazəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Beləliklə X3 xx.xx.2020-ci il tarixdə qanunla müəyyən edilmiş qaydada icazəsi olmadan yaşadığı ünvanı tərk etməklə, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarını, yəni xüsusi karantin rejimi qaydalarının tələblərini pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0643591 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxx 2020ci il tarixli, MN-0175458 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin icraatına xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şikayətçi X1 barəsində tərtib edilmiş protokol əsasında cərimə olunması barədə Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN-0175458 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-465/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-465/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver