Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-466/2020 31.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi X1, Qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 iştirakları ilə, Ərizəçi X1 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə işə gedərək Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən saxlanılmışdır. Karantin rejimi ilə bağlı yoxlanılarkən onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi ölkə ərazisi üzrə xidməti icazəsi olduğu, habelə icaze.e-gov.az qeydiyyatdan keçməklə elektron portalda “xxxxxxxxxx” MMC-nin driektoru vəzifəsində işləməyi qeyd edildiyi halda İXM-nin 211.1-ci maddəsi əsasında 100 manat inzibati cərimə edilmişdir. Bu barədə etiraz edərək şikayət edəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarı alarkən məlum olmuşdur ki, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Hal-hazırda “xxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləyir. Elektron Hökumətin İnkişaf Mərkəzi tərəfindən ona verilən icazə barədə məlumatda ölkə ərazisi üzrə xidməti buraxılış növünün bitmə tarixi xx xxxx 2020-ci il qeyd edilmişdir. Polis işçisi bütün qeyd etdiklərini nəzərə almamış, karantin rejimi qaydalarını pozmadığı halda tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi əsası ilə barəsində əsassız qərar qəbul edilmişdir.Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X3 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 göstərdi ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların icazəsiz hərəkətdə olmalarının qarşısının alınması məqsədilə onlara yaxınlaşaraq sənədlərini yoxlamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə Şəki şəhəri N.Nərimanov küçəsində, saat 08:50 radələrində xidmət aparan zaman bir nəfər şəxsə yaxınlaşaraq icazəsinin olub-olmadığını yoxlamışdır. Sənədlərə baxış keçirən zaman həmin şəxsin Şəki şəhər sakini X3 olduğunu, icazəsinin müddəti bitməsinə baxmayaraq xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etdiyini müəyyən etmişdir. Törədilmiş qanun pozuntusu barədə vətəndaşa məlumat vermiş, sonuncu etiraz edərək heç bir qanun pozuntusu törətmədiyini, müvafiq icazə arayışı olduğunu bildirmişdir. Həmin arayışa baxış keçirən zaman xx xxxx 2020-ci il, saat 00:00-dək qüvvədə olmasını müəyyən etmiş, X3 barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Sonuncu izahat verməkdən imtina etmiş, şikayət edəcəyini bildirərək oradan uzaqlaşmışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxx 2020-ci il tarixdə, saat 08:50 radələrində Şəki şəhəri N.Nərimanov küçəsində müvafiq icazə almadan yaşayı yerini tərk edərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan icaze.e-gov.az saytından çıxarışdan görünür ki, X1 “xxxxxxxxxx” MMC-nin direktoru kimi ölkə ərazisində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək icazəsi olmuşdur. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarın 1.7-ci maddəsinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin Qərarın 1.11-ci maddəsinə əsasən bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Həmin Qərarın 1.13-ci maddəsinə əsasən hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Ərizəçi X1 məhkəməyə təqdim etdiyi ərizəsində Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, ərizəçinin iş materiallarına əlavə edilmiş izahatından qeyd olunan tarixdə X1 ölkə ərazisində sərbəst fəaliyyətinə imkan verən icaze.e-gov.az portalında xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il saat 00:00dək aktiv icazəsinin olduğu müəyyən edilmişdir. İnzibati xəta hadisəsi isə xx xxxx 2020-ci il tarixdə, saat 08:50-də baş vermişdir. Odur ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. Ərizəçi X1 şikayət ərizəsində qeyd etdiyi Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X1 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-466/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-466/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver