Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-466/2021 28.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə X1 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 24.08.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və həmin qərarın verilməsinə əsas olmuş 24 avqust 2021-ci il tarixli, ******* nömrəli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X6 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki ŞRPŞ-nin 30 avqust 2021-ci il tarixli, 189-23991-121 saylı məktubu ilə ona MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar göndərilmişdir. Həmin qərarla tanış olarkən görmüşdür ki, qərarda qeyd edilmişdir; “24.08.2021-ci il tarixdə, saat 16:00 radələrində Şəki şəhəri, M.Müşviq küçəsində marşrutda qapalı yerdə qoruyucu tibbi maskadan istifadə etməmişdir”. Həmin qərarın göndərilməsi barədə 30 avqust 2021-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, “24.08.2021-ci il tarixdə saat Şəki şəhəri, M.Müşviq küçəsində qapalı yerdə qoruyucu tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğu üçün barəsində İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilmişdir”. O nə polis tərəfindən saxlanılmış, nə də ki inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Şəki ŞRPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X3 tanımır. Əgər barəsində həqiqətən 24 avqust 2021-ci il tarixli, ******* nömrəli protokol tərtib edilsə idi o, həmin protokola baxılıb qərar qəbul edilməsi üçün Şəki ŞRPŞ-yə dəvət edilərdi. Halbuki, görünür ki, istər ******* nömrəli protokolun, istərsə də ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tarixləri eynidir. Əgər barəsində protokol tərtib edilsə idi, o, bundan narazı olardı və buna görə də həmin gün qərar qəbul edilməzdi. Həmçinin, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara onun təqsirini sübut edəcək heç bir sübut əlavə edilməmiş və həmin qərar sadəcə formal mülahizələr əsasında qəbul edilmişdir. Odur ki, barəsində tərtib edilmiş protokol, istərsə də həmin protokol əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Həmçinin o, İİ qrup gözdən əlildir və himayəsində sağlamlıq imkanları məhdud övladları var. Ailənin maddi vəziyyəti olduqca ağırdır. Onun həmin haqsız cəriməni ödəməyə imkanı yoxdur. Ailələri daima Azərbaycan Respublikasının birinci vitse-prezidentinin qayğı və himayəsi nəticəsində dolanır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş: 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 24 avqust 2021-ci il tarixdə, saat 16:30 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində, marşrutda, qapalı yerdə qoruyucu tibbi maskadan istifadə etməmişdir. 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X4 izahatından görünür ki, sonuncu izahat verməkdən və sənədləri imzalamaqdan imtina etmişdir. 01 (bir) ədəd fotoşəkildən görünür ki, X6 avtobusda – qapalı yerdə tibbi maskadan istifadə etməmişdir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 22 iyul 2021-ci il tarixli, 220 nömrəli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 sentyabr saat 06:00-dək uzadılmışdır. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. X1 məhkəməyə təqdim etdiyi ərizəsində Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş 24 avqust 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, ərizəçinin iş materiallarına əlavə edilmiş fotoşəklindən görünür ki, qeyd olunan tarixdə X6 ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi müddətdə, qapalı məkanda qoruyucu tibbi maskadan istifadə etməmişdir. Odur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. X1 şikayət ərizəsində qeyd etdiyi Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X4 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və 24 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-466/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-466/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver