Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-467/2021 14.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx xxxx 1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, himayəsində 2 azyaşlı uşağı olan, əlilliyi olmayan, Şəki rayonu, Qızılarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2 və 334.3-cü maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs moto dəbilqədən istifadə etməyərək, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə motosikilet idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 329.2 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs saat təxminən 18:25 radələrində idarə etdiyi motodəbilqədən istifadə etməyərək, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi motosikletlə M.Ə.Rəsulzadə prospekti ilə iki zolaqlı yolla sağ zolaqla şəhər istiqamətində, yəni “X9” istiqamətində təxminən 20-25 km/saat sürətlə hərəkətdə olmuş, yol ayrıcına çatanda birdən qarşısında, sol zolaqda hərəkət edən “QAZ 31105” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Qəza nəticəsində həm motosikletdə olan sərnişinə, həm də “QAZ 31105” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, onun ikitəkərli, markasını bilmədiyi, nömrəsi olmayan ikitəkərli motosikleti var. Təxminən 5 il olar ki, həmin motosikleti idarə edir. Sürücülük vəsiqəsi yoxdur, motosikletin ona aid olmasına dair də heç bir sənədi yoxdur. 17 iyul 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində Şəki rayonu Çeşməli kəndində olan “Qoşabulaq” kafesində təkcə oturub 1 bakal pivə içmiş, bundan sonra motosikletlə Qızılarx kəndinə gedib oradan xalası X3 evlərindən götürüb Şəki şəhərində kirayədə yaşadığı evə gətirmiş, saat təxminən 18:25 radələrində idarə etdiyi motosikletlə M.Ə.Rəsulzadə prospekti ilə iki zolaqlı yolla sağ zolaqla şəhər istiqamətində, yəni “X9” istiqamətində təxminən 20-25 km/saat sürətlə hərəkətdə olmuş, yol ayrıcına çatanda birdən qarşısında, sol zolaqda hərəkət edən “QAZ 31105” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil sağa tərəfə dönməyə başlamış, ani anda həmin qara rəngli avtomobilin sağa döndüyünü görən kimi o da motosikleti sağa tərəf çəkmiş, lakin motosikleti sağa tərəf çəkəndə həmin avtomobilin süriieüsü də motosikleti sağa tərəf çəkmişdir. Onda motosikleti saxlaya bilməmiş və motosikleti həmin avtomobilin qabaq sağ tərəfinə dəymişdir. Toqquşma olan kimi motosikleti sağa yıxılmış, həmin avtomobil də yolun ortasında dayanmış, o, başı üstə asflata yıxılmış, xalası isə onun üstündən asfalta yıxılmışdır. Həmin vaxt avtomobilin sürücüsü tez avtomaşından düşüb yanlarına gəlmiş, xalasını yerdən qaldırmışlar. Sonra xalası Gülnarı sonradan adını Səbuhi kimi bildiyi sürücünün avtomaşınına qoymuşlar. O, özündə olmamış və başı yerə çırpıldığı üçün özünü pis hiss etmişdir. Beynində ağrı olmuş, ona görə də motosikleti birtəhər yenidən işə doğum şöbəsi tərəfə aparmışdır. Ancaq motosiklet sönmüş, ona görə də motosikleti orada olan tanımadığı oğlanlara verib taksi ilə evə getmişdir. Motosikiletinə minsk markalı motosikiletin mühərrikini qoymuşdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan “X7” ASC tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli baxış aktından görünür ki, Şəki ŞRPŞ-dən servisə gətirilmiş ikitəkərli motosikletin modelinin “Minsk-112”, mühərrikinin həcminin 150 kub/santimetr olması müəyyən edilmişdir. Şəxs qeyd olunan hərəkəti özünün izahat, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsinə əsasən motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə -qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, himayəsində 2 azyaşlı uşağının olmasını, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.2 və 334.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində 800 (səkkiz yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-467/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-467/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver