Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-469/2020 18.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki şəhəri, Şərbablar küçəsi, 5/9 ünvanında qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1961/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4230 manat pul tutularaq tələbkar X2, Şəki Rayon Məhkəməsinin 2(075)-2114/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən isə cəmi 13086 manat pul tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1961/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4230 manat pul tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir.Həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)-2114/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 13086 manat pul tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri xx.xx.2020-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bu günədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədlərinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu ünvan 2 yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1961/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar Elbrus Ağayev və Şəki Rayon Məhkəməsinin 2(075)-2114/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi X8 rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək borclu Şəxs barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu Şəxs icra məmurunun qanuni tələblərini qanuni olaraq əməl etməkdən boyun qaçırdığına görə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(075)-523/2019 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs də edilmişdir. Borclu Şəxs xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019- cu il və xx.xx.2020-ci il tarixlərdə icra və probasiya şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədləri üzrə borcun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatında hal-hazırki tarixə icra sənədləri üzrə borc məbləğindən tam şəkildə ödəniş edə bilməyəcəyini, qalan borc məbləğini isə hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Borclu bu günədək cəmi 700 manat tələbkar Məhəmməd Ağayevin xeyrinə, 2000 manat isə tələbkar Vaqif Cəbrayılovun xeyrinə pul ödəmişdir. Bununla da icra sənədləri üzrə tələbinin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Hal-hazırda borclu Şəxs Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatında olan iki icra sənədi üzrə ümum borcu 14616 (on dörd min altı yüz on altı) manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1961/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ondan cəmi 4230 manat pul tutularaq tələbkar X2, həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)-2114/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 13086 manat pul tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədlərindən məlumatı var. Borcunu ödəməli olduğunu bilir. Lakin, mərhum atası uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə qazancı ancaq onun müalicəsinə xərclənmişdir. Lakin son illərdə cəmi 700 manat tələbkar Məhəmməd Ağayevin xeyrinə, 2000 manat isə tələbkar Vaqif Cəbrayılovun xeyrinə pul ödəmişdir. Hazırda heç bir yerdə işləmədiyindən icra sənədləri üzrə qalan borc məbləğini tam şəkildə ödəməyə imkanı yoxdur. Qeyd etdi ki, ona vaxt verilsə belə icra sənədləri üzrə borc məbləğindən ödənişlər edə bilməyəcəkdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydad həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-469/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-469/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver