Məhkəmə qərarları › İş №3(075)-470/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-470/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-470/2022 20.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Şəki rayonu Aydınbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Aydınbulaq kəndində qeydiyyatında olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 20 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-203/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxsdan 15000 manat borc alınaraq tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə 15000 manat məbləğində borcu mövcuddur. Qeyd olunan icra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Könüllü icra müddəti ərzində icra sənədi üzrə tələb icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən, yəni xx.xx.2022-ci ildən hal-hazırki tarixə qədər ona edilən xəbərdarlıqlara məhəl qoymamış, icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixli izahatında növbəti ay əkdiyi torpaq sahəsinin biçinindən əldə edəcəyi pulla borc məbləğindən əsaslı ödəniş edəcəyini bildirmiş, xx.xx.2022-ci il tarixli izahatında isə məhsuldarlığın az olduğunu əsas göstərərək heç bir ödəniş etmədiyini və hal-hazırda da icra sənədi üzrə borc məbləğini tam olaraq ödəyə bilməyəcəyini qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-203/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxsdan 15000 manat borc alınaraq tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Borclu qətnamənin icrasından qərəzli olaraq yayınır. Borclu Şəxs xx.xx.2022ci il tarixli izahatında növbəti ay əkdiyi torpaq sahəsinin biçinindən əldə edəcəyi pulla borc məbləğindən əsaslı ödəniş edəcəyini bildirmiş, lakin bu günə dək maddi imkanın zəif olduğunu əsas gətirərək icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə edir, qanuni qərar qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, X2 20 iyul 2022-ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-203/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxsdan 15000 manat borc tutularaq ona ödənilməlidir. Lakin borclu icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. Hətta, o, xəstə olan zaman 200 manat pul istəmiş, lakin Nüsrəddin Quliyev ona həmin pulu verməmişdir. Qanuni qərar qəbul edilməsini və X1 cəzalanmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki Şəki Apellyasiya Məhkəməsinin 2(107)-203/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 15000 manat alınaraq tutularaq tələbkar X6 ödənilməlidir. Borcunu inkar etmir. Maddi imkanı zəif olduğundan borcunu ödəməmişdir. Hal-hazırda ödəniş edə bilmir. Lakin gələn ilin yanvar ayından başlayaraq 300-400 manat məbləğində ödənişlər etməklə iyul ayının axırınadək borcunu tam ödəyəcəkdir. Nəzərə alınmasını və barəsində tənbeh tədbirinin tətbiq edilməməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, 20 iyul 2022-ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 20 iyul 2022-ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 20 iyul 2022-ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 20 iyul 2022-ci il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 20 iyul 2022-ci il tarixdən, saat 09:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar