Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-472/2022 21.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta barədə protokolda göstərilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 37332 manat məbləğində pul vəsaiti alınaraq X5 xeyrinə verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs ilə X9 arasında bağlanmış 10 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən 36000 (otuz altı min) manat borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 210 (iki yüz on) manat, kredit müqaviləsinin notariat kontorunda rəsmıləşdırılməsinə görə ödənilmiş 92 (doxsan iki) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36332 (otuz altı min uç yüz otuz iki) manat məbləğində pul borclu Şəxs alınaraq tələbkar X7 ödənilməlidir. İcra sənədləri müvafiq olaraq 25.12 2019-cu il və 16.11 2020-ci il tarixində icraata daxıl olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir, lakin həmin müddətdə tələbin icrası təmin edilməmişdir. Müvafiq qurumlara verilmiş sorğular nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Şəxs borc məbləğlərini ödəməsi tələb edilməklə ona dəfələrlə rəsmi xəbərdarlıqlar edilsə də, həmin xəbərdarlıqlara heç bir məhəl qoymamış, borc məbləğinin heç bir hissəsini ödəməmişdir. Daha sonra o, tələbin icrasından qəsdən yayınmış, həmçinin yaşadığı yeri müəyyən etmək mümkün olmamış, bu səbəblərə görə 22,02 2021ci il tarixində axtarılması haqqında qərar qəbul edilərək DİN Şəki ŞRPŞ-yə göndərilmişdir. 20 04 2021 -ci il tarixində onun yeri müəyyən edilərək şöbəyə gətirilmiş, həmin tarixdə icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə barəsində İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəki Rayon Məhkəməsinin həmin tarixli 3(075)-227/2021 nömrəli 20 04 2021-ci il tarixli qərarı ilə 15 gün (on beş) müddətində inzibatı həbs edilmişdir. İnzibatı həbsdən sonra Xəyal Hummətova yenidən tələbi icra etməsi tələb edilməklə rəsmi xəbərdarlıqlar göndərilmiş, lakin o, tənbehdən heç bır nəticə çıxarmayaraq borcları ödəməkdən yayınmağa davam etmişdir. Borcları ödəməməklə yanaşı icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, təqtimatımız əsasında barəsində məcburi gətirilmə barədə məhkəmə qərarı qəbul edilmişdir. Borclu Şəxs 18.07 2022-ci il tarixində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən məcburi qaydada İcra və probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə onunla rəsmi söhbət aparılaraq qanunvericiliyin tələbləri izah edilməklə borclarını ödəməsi tələb edilsə də, onun tərəfindən borcların heç bir qismi ödənilməmişdir. İzahatında aylıq icarəyə götürdüyü kafenin təmirinə 13000 manat vəsait sərf etdiyini , daha sonra isə icarəyə götürdüyü mikroavtobusla sərnişin daşımaqla məşğul olduğunu bildirmişdir. Bu günə qədər borclu tərəfindən borc məbləğlərindən heç bir ödəniş edilməmişdir. Göründüyü kimi Şəxs icra sənədləri borclarını ödəməsi üçün faktiki imkanlara malik olmasına baxmayaraq icra sənədini qərəzli olaraq icra etməmiş, həmçinin çağırış üzrə gəlməkdən icradan yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da AR İXM-nin 528.1-ci maddisində, göstərilən inzibati xətanı törətmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, Şəxs 21 iyul 2022-ci il tarixdə, saat 15:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan cəmi 37332 manat məbləğində pul vəsaiti alınaraq X5 xeyrinə verilməlidir. Borcun yaranmasına səbəb olmuş avtomobil onda olmadığından, həmin qətnaməni icra edə bilmir. Həmin avtomobil ona verilsə o, qısa müddətdə borcunu ödəyər. İşləmir. İki azyaşlı övladı var. Bibisinin himayəsində yaşayır. Əlavə olaraq bildirdi ki, 21 iyul 2022-ci il saat 15:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Qeyd olunanları nəzərə alıb qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Xəyal Tapdıq oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 21 iyul 2022-ci il tarixdə, saat 15:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 21 iyul 2022-ci il tarixdə, saat 15:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 21 iyul 2022-ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 21 iyul 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-472/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-472/2022
21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver