Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-473/2020 21.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində 717 saylı YPX postunda ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində 717 saylı YPX postunda ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, o, YPX polis əməkdaşı X1 717 saylı YPX stasionar postda Şəxs saxlatdırmış və ondan sənədlərinin təqdim edilməsini bildirərkən Şəxs Q.Tanrıverdiyevə üzünün tüklü olmasını, həmçinin ayaqqabısının xidməti ayaqqabı olmamasını bəhanə edərək sənədləri ona təqdim etməmişdir. Həmçinin Şəxs stasionar postda səs-küy salaraq yersiz mübahisə etmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə o və digər sərnişinlər Əli və Orxanla birlikdə idarə etdiyi “BMW” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu, Cumakənd kəndindən Tovuz rayonu istiqamətində hərəkət edərkən stasionar postda xidmət aparan polis əməkdaşları ona saxla işarəsi vermişdir. O da avtomobili saxlamış və polis əməkdaşından onu saxlamasının səbəbini soruşmuşdur. Polis əməkdaşı isə ona avtomobildə əyləşən sərnişinlərin təhlükəsiszilk qaydalarına riayət etmədiyinə görə onlara irad bildirmiş və avtomobilin bir-neçə radar cəriməsinə görə borcunun olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşı ondan sənədlərini təqdim etməsini demişdir. O isə polis əməkdaşına yoldan keçən heç bir sərnişinin təhlükəsizlik qaydalarına riayət etmədiyini, lakin polis əməkdaşları tərəfindən saxlanılmadığını bildirmişdir. Həmçinin polis əməkdaşının üzünün tüklü olmasını, ayaqqabısının mülki geyim olduğunu irad bildirmiş və sənədlərini təqdim etməkdən imtina etmişdir. Bundan sonra o, “102” xidmətinə zəng vuraraq polis əməkdaşının üzünün tüklü olmasını, ayaqqabısının mülki geyim olduğunu bildirmiş və sənədlərinin polis əməkdaşına təqdim etməyəcəyini demiş, hadisə yerinə PPX əməkdaşlarının cəlb olunmasını xahiş etmiş və sənədlərini yalnız onlara təqdim edəcəyini bildirmişdir. Bundan sonra PPX əməkdaşları hadisə yerinə gəlmişlər və onları polis şöbəsinə aparmışlar. Orada isə onların barəsində inzibati protokol tərtib edilmişdir. Bildirdi ki, stasionar YPX postunda sənədlərinin polis əməkdaşına verməli olduğunu bilmiş, lakin qəfil əsəbləşdiyinə görə sənədlərini təqdim etməmişdir. Bütün bunlara görə də əməlindən peşman olduğunu bildirmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 18:15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəddi yolunun 46-cı kilometrində yerləşən 717 saylı YPX postunda polis baş serjantı Elgiz Talıbovla birgə xidmətdə olarkən «BMW» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sərnişin qismində əyləşən şəxslər təhlükəsizlik kəmərlərindən istifadə etməkdikləri üçün tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsini saxladıqdan sonra onun sürücüsünə yaxınlaşaraq özlərini təqdim edib sərnişin qismində əyləşən şəxslərin təhlükəsizlik kəmərlərindən istifadə etməməklə qanun pozuntusu törətmələrini izah etmişlər. Bununla əlaqədar sərnişin qismində əyləşən şəxslərə protokol tərtib etmək istəyərkən sürücü və sərnişinlər «əlinizdən bezmişik, gedin işinizlə məşğul olun, bizə heç kim protokol yaza bilməz, əgər yazsanız başınız ağrıyacaq» deyərək ucadan səs-küy salaraq ətrafda olan vətəndaşların diqqətini özlərinə cəlb etməyə çalışmışlar. Bundan sonra o sürücüŞəxs özünə və avtomobilə aid sənədlərin təqdim edilməsini istəmişdir. Lakin o, onun üzünün tüklü olmasını, ayaqqabısının mülki geyim olmasını bildirmiş və sənədlərini təqdim etməkdən imtina etmişdir. Bundan sonra Şəxs “102” xidmətinə zəng vuraraq polis əməkdaşının üzünün tüklü olmasını, ayaqqabısının mülki geyim olduğunu bildirmiş və sənədlərinin polis əməkdaşına təqdim etməyəcəyini demişdir. Həmçinin hər üç şəxs digər avtomobilləri saxlamamaları ilə bağlı onlara göstəriş vermişlər. Onları yoxlayarkən postdan keçən digər avtomobillərin yoxlanılmasının mümkünsüz olmasını həmin şəxslərə izah etmişlər. Lakin, buna baxmayaraq həmin şəxslər onlara kobudluq etməyə və əsassız mübahisə etməyə başlamışlar. Onlar vətəndaşları nizam- intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirməklə gah nəqliyyat vasitələrinin hərəkət zolağına çıxaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudlaşdırmaqla onlara maneə yaratmış, gah özlərinin nəqliyyat vəsitəsinə yaxınlaşaraq ucadan səs-küy salmaqla onların iş fəaliyyətlərinə mane olmuşlar. Həmçinin tərəflərindən müvafiq yoxlama aparılarkən yuxarıda qeyd olunan nəqliyyat vasitəsinin 10 yaxın ödənilməyən cəriməsi aşkar edilmişdir. Onlar həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə Şəki ŞRPŞ-nə məlumat verərək kömək istəmişlər və Şəki ŞRPŞ-nin əməkdaşlarının köməyi ilə nəqliyyat vasitəsini, sürücünü və sərnişinləri Şəki ŞRPŞ-nə gətirmişlər. Şəki ŞRPŞ-də həmin şəxslərin Tovuz rayonu Əyyublu kənd sakinləri Şəxs, X7 və X4 olmaları müəyyən olunmuş və sözügedən şəxslər barəsində tədbir görülməsi üçün raportla məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da X1 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələbinə tabe olmaq əvəzinə onun tələbinə tabe olmamış, əksinə o, polis əməkdaşına . “onun üzünün tüklü olması və ayaqqabısının xidməti deyil, mülki geyim olması barədə kinayəli iradını bildirmiş” və sənədlərini təqdim etməkdən imtina etmişdir. Həmçinin Şəxs “102” xidmətinə zəng vuraraq polis əməkdaşının üzünün tüklü olmasını, ayaqqabısının mülki geyim olduğunu bildirmiş və sənədlərinin polis əməkdaşına təqdim etməyəcəyini də demişdir. Bundab başqa o, polis əməkdaşlaqrına yoldan keçən digər avtomobillərin də saxlanması ilə bağlı göstəriş vermiş və bununla əlaqədar səs-küy salaraq polis əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik yaradaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxx 2020-ci il saat 19:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-473/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-473/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver