Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-474/2021 17.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər İİ qrup əlil olmuş, hazırda əlilliyi üçün sınaqda olan, Şəki şəhəri, M.S.ünvan 1 ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 2335/2018 nömrəli, 09.08.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 02.05.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment alınaraq 21.08.2002-ci il təvəllüdlü X6 və 08.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2335/2018 nömrəli, 09.08.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 02.05.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment alınaraq 21.08.2002-ci il təvəllüdlü X6 və 08.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Qeyd olunan icra sənədi 20.08.2018-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başalanılmış və tələbin 10 gün müddətində könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu həmin müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. 27.08.2018-ci il tarixdə borclunun pensiyasının 70 faizinin tutulması və tutulan məbləğin hər ay tələbkara verilməsi barədə DSMF-nin Şəki şəhər şöbəsinə təklif məktubu göndərilmişdir. 20.09.2018-ci il və 09.10.2018-ci il tarixlərdə borcluya toplanmış aliment borcunun ödəməsi üçün iki dəfə xəbərdarlıq göndərilmişdir. Borclu Şəxs 17.10.2018-ci il tarixdə şöbəyə gələrək toplanmış 685.4 manat aliment borcundan işsiz olduğu üçün heç bir ödəniş edə bilməyəcəyi barədə izahat vermişdir. Belə olan şəraitdə borclu barəsində 17.10.2018-ci il tarixdə MN ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Şəki rayon Məhkəməsinin 17.10.2018-ci il tarixli 3(075)-881/2018-ci il tarixli qərarına əsasən borclu Şəxs İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. 05.11.2018-ci il tarixdə borclunun “Paranoid Şizofriniya” diaqnozu ilə Şəki Psixiatriya xəstəxanasında dispanser müşahidə altında stasionar müalicədə olması barədə 456 saylı arayış daxil olmuşdur. 13.11.2018-ci il tarixdə icraatın dayandırılması haqqında Şəki Rayon Məhkəməsinə təqdimat verilmiş, lakin təqdimat təmin edilməmişdir. Borclu hər ay 250.99 manat pensiya almışdır. Onun tələbkara ödəməli olduğu aylıq aliment məbləği 180 manatdır. Pensiyasının 70 faizi isə 175.69 manat təşkil edir. Belə olan şəraitdə borclunun tələbkara artıq toplanmış 685.4 manat aliment borcundan əlavə 2020-ci ilin sentyabr ayına qədər hər ay 4.31 manat borc toplanmışdır. Borclunun pensiyasında 2018-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayı da daxil olmaqla hər ay 70 faizi tutulmuş və tutulan məbləğlərdən cəmi 5446.39 manat vəsait tutulub tələbkarın xeyrinə verilmişdir. Alimentin tutulmasının əvvəli 02.05.2018-ci il tarixdən hesablanmaqla 2020-ci ilin avqust ayına qədər bir uşaq üçün 90 manatdan cəmi 2520 manat təşkil edir. İkinci uşaq üçün 02.05.2018-ci il tarixdən hesablanmaqla 2021-ci ilin sentyabr ayı da daxil olmaqla 3690 manat cəmi 6210 manat təşkil edir. Tələbkar bu vaxta qədər 5446.39 manat pul vəsaiti almışdır borclunun bu günə tələbkara 763.61 manat borcu toplanmışdır. Çünki borcluya pensiya ödənişi 2021-ci ilin mart ayından etibarən dayandırılmışdır. Bu barədə 16.09.2021-ci il tarixdə şöbəyə müvafiq arayış daxil olmuşdur. 2021-ci ilin mart ayından bu günə qədər tələbkara aliment borcu üzrə heç bir vəsait ödənilməmişdir. Borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə dəvət edilmiş və ondan toplanmış aliment borcu barədə izahat alınmışdır. O, izahatında aliment borcunun olduğu barədə məlumatı olmasına baxmayaraq həmin məbləği ödəyə bilmədiyini bildirmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2335/2018 nömrəli, 09.08.2018-ci il tarixli icra sənədinə əsasən ondan 02.05.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment alınaraq 21.08.2002-ci il təvəllüdlü X6 və 08.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. İcra sənədindən məlumatı var və ondan yayınmaz fikri yoxdur. Lakin maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmşdir. Belə ki o, İİ dərəcəli əlildir və buna görə pensiya alır. Pensiyasından mütəmadi olaraq pul məbləği tutularaq icra sənədinin icrasına yönəldilmişdir. Lakin bu ilin mart ayında onun pensiyası ləğv edilmişdir. Buna görə də aliment borcunu ödəyə bilməmişdir. Əmək qabiliyyəti olmadığından iş tapa bilmir. Özünün də yaşayış səviyyəsi olduqca aşağıdır. Bu yaxınlarda təkrar kommisiyadan keçmiş və yenidən pensiya təyin olunması üçün sənədləri mərkəzi idarəyə göndərilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2335/2018 nömrəli, 09.08.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 02.05.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment alınaraq 21.08.2002-ci il təvəllüdlü X6 və 08.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona verilməlidir. X6 İİ dərəcəli əlildir və onun aldığı pensiyadan aliment tutularaq ona ödənilirdi. Lakin son zamanlarda borclunun pensiyası dayandırıldığından onun alimenti də dayandırılmışdır. Onun borclu ilə hər hansı qərəzliyi yoxdur. O, kirayədə yaşayır və işləmir. Təkbaşına uşağına baxa bilmir. Borclunu pensiyasının bərpa edilməsini istəyir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun geri qaytarılmasına etirazı yoxdur. Məhkəmə işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 06 noyabr 2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2335/2018 saylı, 09.08.2018-ci il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, borclu 05.11.2018-ci il tarixdən “Paranoid Şizofriniya” diaqnozu ilə Şəki Psixiatriya xəstəxanasında dispanser müşahidə altında stasionar müalicədədir. Borclu İİ qrup əlil olmuş və təxminən 256 manat pensiya almışdır. Onun aliment öhdəliyi həmin pensiya hesabına qarşılanmışdır. Lakin borclunun pensiyası 2021-ci ilin mart ayından kəsilmişdir. Həmçinin hazırda borclu təkrar komissiyadan keçməklə sənədləri müəyyən edilmə mərhələsindədir. Məhkəmə borcluya təkrar əlillik və pensiya təyin edilməsi ehtimalını nəzərə alaraq hesab edir hazırda işə baxılması mümkün deyildir. Həmçinin tələbkar da borclunun xəstə olduğunu bildirmiş və onun pensiyasının bərpa edilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa qeyd etmişdir ki, borcludan hər hansı şikayəti yoxdur. Göründüyü kimi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-474/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-474/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver