Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-475/2020 21.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatında olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18:15 radələrində 717 saylı YPX postunda səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18:15 radələrində 717 saylı YPX postunda səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə şərikləri Yadigar və Əli ilə birlikdə Şəki rayonu Cumakənd sakini Tərlan adlı şəxsi yaşadığı kənddən götürərək Tovuz rayonu istiqamətində hərəkətdə olduqları zaman 717 saylı YPX postundan keçərkən polis əməkdaşı ona “saxla” işarəsi vermişdir. Həmin vaxt avtomobildə dörd nəfər olmuş, avtomobili Yadigar Hüseynov idarə etmiş, o isə qabaq sağ oturacaqda sərnişin kimi əyləşmişdir. X5 avtomobili sağa çəkərək saxlanmışdır. Polis əməkdaşı özünü təqdim etmədən sürücüdən sənədləri tələb etmişdir. Lakin ondan heç bir sənəd tələb etməmişdir. Belə ki, həmin vaxt üzərində şəxsiyyət vəsiqəsi olmamışdır. Əgər ondan hər hansı sənəd tələb edilsə idi, təqdim edərdi. Bu zaman sürücü tərəfindən post patrul xidməti əməkdaşına irad bildirmiş, üzünün tüklü olduğunu və formaya düzgün riayət etmədiyini bildirilmişdir. Daha sonra aralarına anlaşılmazlıq yaranmış, hadisə yerinə Şəki ŞRPŞ-nin polis əməkdaşları gəlmişlər. Onlar sənədlərini təqdim etmiş, polis əməkdaşları ilə birlikdə heç bir etiraz etmədən polis şöbəsinə getmişlər. Əlavə olaraq bildirdi ki, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, sadəcə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ona cərimə yazılmasına etirazını bildirmişdir. Etdiyi hərəkətə görə peşmandır və bir daha bu cür hallara yol verməyəcəyinə söz verir. Himayəsində azyaşlı övladı olmasının, ailəsinin yeganə gəlir gətirəni olmasını nəzərə alaraq məhkəmədən onun barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru polis baş serjantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 18:15 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəddinin 46-cı kilometrində yerləşən 717 saylı YPX postunda polis baş serjantı Elgiz Talıbovla birgə xidmətdə olarkən «BMV» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sərnişin qismində əyləşən şəxslər təhlükəsizlik kəmərlərində istifadə etməkdikləri üçün tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsini saxladıqdan sonra onun sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş, sərnişin qismində əyləşən şəxslərin təhlükəsizlik kəmərlərindən istifadə etməməklə qanun pozuntusu törətmələrini izah etmişdir. Bununla əlaqədar sərnişin qismində əyləşən şəxslərə protokol tərtib etmək istəyərkən sürücü və sərnişinlər «əlinizdən bezmişik, gedin işinizlə məşğul olun, bizə heç kim protokol yaza bilməz, əgər yazsanız başınız ağrıyacaq» deyərək ucadan səs-küy salaraq ətrafda olan vətəndaşların diqqətini özlərinə cəlb etməyə çalışmışlar. Həmçinin, digər avtomobilləri saxlamamaqla bağlı öz iradlarını bildirmişlər. Onları yoxlayarkən postdan başqa avtomobil keçə biləcəyini, eyni vaxtda digər avtomobilləri yoxlamağın mümkünsüz olduğunu izah etmişdir. Lakin buna baxmayaraq onlar kobudluq etməyə başlamışlar. Onları nizam- intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirməklə gah nəqliyyat vasitələrinin hərəkət zolağına çıxaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudlaşdırmaqla onlara maneə yaratmış, gah özlərinin nəqliyyat vasitəsinə yaxınlaşaraq ucadan səs-küy salmaqla onların iş fəaliyyətinə mane olmuşlar. Həmçinin, tərəfindən müvafiq yoxlama aparılarkən yuxarıda qeyd olunan nəqliyyat vasitəsinin 10 yaxın ödənilməyən cəriməsi aşkar edilmişdir. Onların qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə Şəki ŞRPŞ-nə məlumat verərək kömək istəmiş və Şəki ŞRPŞ-nin əməkdaşlarının köməyi ilə nəqliyyat vasitəsini, sürücünü və sərnişinləri Şəki ŞRPŞ-nə gətirmişlər. Şəki ŞRPŞ-də həmin şəxslərin Tovuz rayonu Əyyublu kənd sakinləri X4, X7 və Şəxs olmaları müəyyən olunmuş və onlar barəsində tədbir görülməsi üçün raportla məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru polis baş serjantı X6 şahid X1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs 717 saylı YPX postunun qarşısında olduğu müddətdə səs-küy salaraq ictimai qaydanı pozmuş, ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla da o, xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bu, şahid ifadələri ilə yanaşı Şəxs tərəfindən də etiraf edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində protokol tərtib edildikdən sonra inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ olduğu halda, sonuncu bu hüququndan istifadə etməmiş, əksinə ictimai qaydanı pozaraq ətrafdakıların diqqətini özünə cəlb etmiş və polisin normal iş fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Belə ki, iş materialları ilə Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması müəyyən olunmur. Şəxs səs-küy salaraq bu halı inkar etməsə də, məhkəmə bildirir ki, sonuncudan hər hansı sənəd tələb edilməmişdir. Bundan başqa polis əməkdaşları hadisə yerinə gəldikdən sonra heç bir tabesizlik göstərmədən şöbəyə getmişlər. Həmçinin, Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bundan başqa post patrul xidməti əməkdaşlarının qanuni tələblərinin pozulması iş materialları ilə sübut olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs inzibati xəta törətməsini səmimi etiraf etməsini, ilk dəfə inzibati xəta törətməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-475/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-475/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver