Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-475/2021 17.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxx 1980-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 227, mənzil 12 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-3737/2017 nömrəli, 05 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 07 fevral 2009-cu il təvəllüdlü X6 və 21 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment alınaraq İbrahimova (Məmmədova) Samirə Vaqif qızına verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 17 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 3737/2017 nömrəli, 05 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 07 fevral 2009-cu il təvəllüdlü X6 və 21 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment alınaraq İbrahimova (Məmmədova) Samirə Vaqif qızına verilməlidir. Alimentin tutulmasının əvvəli 16 may 2017-ci il tarixdən vaxtdan hesablanmalıdır. İcra sənədi 31 yanvar 2018-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borclu Şəxs 17 fevral 2021-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilərək ondan icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu aliment pulundan bugünədək heç bir ödəniş etməmişdir. Eyni zamanda tərəfindən borclunun adına banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi daşınar və ya daşınmaz əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olub-olnaması barədə müvafiq orqanlara sorğular edilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu ötən müddət ərzində aliment borcunun tam şəkildə ödənilməsini təmin etməyərək icra məmurunun çağırış və rəsmi xəbərdarlığına məhəl qoymamış, Şəki rayonu üzrə icra şöbəsinə gəlməmiş və gəlməməsi barədə heç bir üzürlü səbəb bildirməmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə 22 iyul 2021-ci il tarixdə yenidən onun axtarılması barədə qərar qəbul edilərək Şəki Şəhər-Rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Şəxs 17 sentyabr 2021-cı il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək Şəki rayonu üzrə İcra Şöbəsinə gətirilmiş və ondan izahat alınmı, icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırki tarixdə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə aliment borcu 8752.86 (səkkiz min yeddi yüz əlli iki səksən altı qəpik) manat təşkil edir. Bununla da icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə etdiyini bildirdi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-3737/2017 nömrəli, 05 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 07 fevral 2009-cu il təvəllüdlü X6 və 21 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün ondan hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment alınaraq İbrahimova (Məmmədova) Samirə Vaqif qızına verilməlidir. Sentyabr ayından alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilmişdir. Hazırda heç yerdə işləmir. Borcunu ödəməyə imkanı yoxdur. Bu yaxınlarda ona iş təklifi gələcəkdir. İş olanda borcundan ödəyəcəkdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, 17 sentyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 14:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X10 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-3737/2017 nömrəli, 05 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 07 fevral 2009-cu il təvəllüdlü X6 və 21 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment alınaraq ona verilməlidir. Sentyabr ayından alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilmişdir. Qətnamənin qanuni qüvvəyə minməsindən uzun müddət keçsə də borclu Şəxs indiyədək heç bir ödəniş etməmişdir. Bundan başqa borclu onun da işləməsinə maneə yaratmış, içkili vəziyyətdə onun iş yerinə gəlib səs-küy saldığından işdən çıxarılmasına səbəb olmuşdur. Məhkəmədən borclu Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun və zərərçəkmiş şəxsin izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs qətnamənin icraya yönəldilməsindən keçən dövr ərzində çox cüzi ödəniş etməsi onun əməlində qərəzin olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 17 sentyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 17 sentyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-475/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-475/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver