Məhkəmə qərarları › İş №3(075)-477/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-477/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-477/2020 22.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs xxx qızının vəkili X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və həmin qərar əsasında qəbul edilmiş 20 manat miqdarında cərimənin ləğv edilməsi, həmin qərarı qəbul etmiş DYP əməkdaşı barəsində müvafiq tədbir görülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində etibarnamə əsasında idarə etdiyi Mersedes Benz markalı, **-SU-*** markalı minik avtomobilini Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində dayanma və ya durma qaydalarını pozmaqla saxladığına görə İXM-nın 346.1-ci maddəsinin tələblərinə əsasən EQ ******* nömrəli elektron qərar qəbul edilmiş və 20 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Dərhal həmin inzibati xətaya görə nəzərdə tutulan cəriməni ödəmişdir. Bundan bir gün sonra eyni küçədə, lakin bir gün əvvəl inzibati xəta pozuntusuna səbəb olduğu yerdən qarşıda, “dayanmaq olmaz” nişanının əhatə dairəsindən kənarda (hansı ki, həmin yerdə avtomaşını saxlamağa görə heç bir inzibati xəta pozuntusu nəzərdə tutulmamışdır) maşınını saxlamışdır. DYP əməkdaşları isə yenidən onu İXM-nın 346.1-ci maddəsi ilə təqsirli bilmiş, barəsində EQ ******* nömrəli qərar qəbul etmiş və əsassız olaraq inzibati məsuliyyətə cəlb etmişdir. xx xxxx 2020-ci il tarixdə Mersedes Benz markalı, **-SU-*** markalı minik avtomobilinin dayanmış olduğu yerdə çəkilmiş fotoşəkilləri guya xx xxxxxx 2020-ci il tarixdə çəkilmiş fotoşəkil kimi təkrarən göndərmişlər. Lakin bu hal əsassızdır. Bu barədə ona elektron qaydada məlumat gələn zaman dərhal yaşadığı mənzildən avtomobilin dayandığı yerin fotoşəklini çəkmişdir. xx xxxxxx 2020-ci il tarixdə barəsində İXM-nın 346.1ci maddəsi ilə təqsirli bilinməsinə səbəb kimi isə xx xxxx 2020-ci il tarixdə idarə etdiyi Mersedes Benz markalı, **-SU-*** markalı minik avtomobilin çəkilmiş fotoşəkilləri olmuşdur. Azərbaycan Respublikasının qanunlarına görə bir əmələ görə təkrarən məsuliyyətə cəlb etmə nəzərdə tutulmamış, DYP əməkdaşları 1 dəfə etdiyi əmələ görə onu təkrarən inzibati məsuliyyətə cəlb etmişlər. Hesab edir ki, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və cərimə silinməlidir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 vəkili X4 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “xxxxxxxxx” ASCnin müşahidə kamera görüntülərindən görünür ki, Mersedes Benz markalı, **-SU-*** markalı minik avtomobil xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-10:36 radələrində protokolun tərtib edildiyi yerdə, yəni Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində Mersedes Benz markalı, **-SU-*** markalı minik avtomobilinin dayanma-durma qaydalarını pozmadığı müəyyən edilmişdir. Məhkəmə şikayətçinin vəkilinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X3 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab verməmiş və tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan başqa işdə olan sənədlərdən göründüyü kimi xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş DYP əməkdaşı xx xxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardakı həmin qərarın tərtib edildiyi gün çəkilmiş fotoşəkillərə istinad etmiş, bununla da eyni bir əmələ görə şəxsi təkrarən inzibati məsuliyyətə cəlb edərək onun konstitusion hüquqlarını kobudcasına pozmuşdur. Buna görə də X2 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə şəxsin bir əmələ iki dəfə cəzalandırılması qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni əmələ görə təkrar olaraq cinayət və yaxud inzibati məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də şəxsi məsuliyyətə cəlb edən və ona verilən tənbehin və ya cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 119.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X2 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar