Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-477/2024 08.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X19 iştirakı ilə, Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn hüquqi şəxs Şəxs MMC-nin hаqqındа Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin (bundan sonar İXM-nin) 215.4-cü mаddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Şəki Rаyоn Məhkəməsinə dаxil оlmuş inzibаti xətа hаqqındа iş mаteriаllаrını nəzərdən keçirib, müəyyən etdim: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-nin 215.4-cü mаddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar, baxılması və inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X30 şöbəsinin mütəxəssisi X26 tərəfindən 05 iyun 2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 1515-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. Tibb bacısı – X12. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-nin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X28 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o Şəxs MMC-nin yarandığı 2020-ci ilin avqust ayından cəmiyyətin rəhbəri – icraçı direktoru vəzifəsində işləmişdir. xx.xx.2024-cü ildə Şəxs MMC-də keçirilən planlı yoxlama zamanı sertifikasiyadan keçməyən şəxsin tibb bacısı kimi praktik tibb fəaliyyətinə buraxılması əsas gətirilərək MMC barəsində İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-də 1 ştat vahidi icraçı direktor stomatoloq, 2 ştat vahidi həkim stomatoloq, 1 ştat vahidi tibb bacısı, 2 ştat vahidi qeydiyyatçı resepşin, 1 stat vahidi sanitar xadimə olmuş, icraçı direktor stomatoloq vəzifəsində o, həkim stomatoloq vəzifəsində X9, X5, tibb bacısı vəzifəsində X27, qeydiyyatçı resepşin vəzifəsində X10, xadimə işində isə X12 işləmişdir. İşçilər tutduqları vəzifələr və geyim formaları ilə bir-birlərindən seçilmiş, tibb bacısı və qeydiyyatçı resepşin vəzifəsində işləyən xanımlar firuzə rəngli şalvar kofta, xadimə işləyən xanım ağ köynək, tünd göy şalvar, həkim stomatoloqlar tüng göy rəngli şalvar kofta geyinmiş, hava soyuq olanda geyimlərinin üstündən ağ rəngli xalat da geyindikləri vaxtlar olmuş, eyni zamanda həkim Mətanat İsmayılova uşaq pasiyentlərlə işlədiyi vaxtlarda üzərində cəlbedici gül və ya uşaq oyuncaqlarının şəkili olan ağ kofta geyinmişdir. xx.xx.2024-cü ildə planlı yoxlama keçirilən zamanı işçilər qeyd olunan formada – yəni həkimlər tünd göy rəngli şalvar koftada, tibb bacısı və qeydiyyatçı resepşin vəzifəsində işləyən 2 xanım firuzə rəngli şalvar koftada, xadimə işləyən xanım ağ köynəklə tünd göy şalvarda olmuşlar. Məhkəməyə təqdim etdiyi fotoşəkildə də işçilərin geyim formaları görünür. Rəhbəri olduğu MMC-nin bir tibb bacısı ştatı olmuş, xx.xx.2024-cü ildə MMC-də keçirilən planlı yoxlama zamanı həmin vəzifədə X27 işləmişdir. Lakin MMC barəsində tərtib edilmiş İnzibati Xəta haqqında Protokolda xx.xx.2024-cü ildə MMC-də keçirilən planlı yoxlama zamanı X6 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməmiş Tibb bacısı kimi fəaliyyət göstərdiyi iddia edilsə də bunun heç bir əsası olmamışdır. MMC-də tibb bacısı Həcər Əliyeva olmuş, Kəmalə Mustafayeva isə xadimə işləmiş, Kəmalə Mustafayeva tibb bacısı fəaliyyəti həyata keçirməmişdir. Yoxlama keçirənlər tərəfindən də Kəmalə Mustafayevanın tibb bacısı fəaliyyəti göstərməsi halı aşkarlanmamışdır. Planlı yoxlamanın keçirildiyi vaxt Həcər Əliyevanın xx.xx.2024-cü ildən tibb bacısı, Kəmalə Mustafayevanın xx.xx.2024-cü ildən xadimə təyin olunması haqda sənədləri yoxlama keçirənlərə təqdim etmişdir. Tibb bacısının vəzifə funksiyası tibbi fəaliyyət üzrə istifadə olunan stomatoloji qurğu və alətlərin sterilizasiyasını və paketlənməsini təşkil etmək və həmçinin fəaliyyət göstərdiyi otağı xidmətə hazır vəziyyətdə həkimə təhvil verməkdən ibarət olmuş, həmin işləri X27 icra etmişdir. X13 MMC-də xadimə işləmiş, iş otaqlarının və klinikanın digər bütün ərazisinin təmizliyinə cavabdeh olmuşdur. xx.xx.2024-cü ildə yoxlama keçirilən gün klinikada cəmi 2 pasiyent müalicə olunmuş, onların ödəniş qəbzlərinin surətini də məhkəməyə təqdim etmişdir. Rəhbərlik etdiyi Şəxs MMC-yə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə yazılmış inzibati xəta haqqında protokolun əsassız olduğunu qeyd etmiş, bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid kimi dindirilmiş X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-də həkim stomatoloq işləmiş, xx.xx.2024-cü ildə MMC-də keçirilən planlı yoxlama zamanı işdə olmuşdur. Klinikada işçilərin geyim formaları bir-birlərindən seçilmiş, tibb bacısı və qeydiyyatçı resepşində işləyən xanımlar firuzə rəngli şalvar kofta, xadimə işləyən xanım ağ kofta, tünd göy şalvar, həkim stomatoloqlar tüng göy rəngli şalvar kofta, bəzən və hava soyuq olan vaxtlarda geyimin üstündən ağ xalat geyinmişlər. O uşaqlarla işlədiyi üçün bəzən tam fərqli rəngdə - üzərində uşaqları cəlb etmək üçün gül və ya oyuncaq şəkli olan kofta geyinmişdir. Klinikada tibb bacısı olaraq X27 işləmiş, stomatoloji qurğular və alətlərin sterilizasiyası və paketlənməsi işlərini icra etmiş, otaqları xidmətə hazır vəziyyətdə onlara təhvil vermişdir. X3 xadimə işində işləmiş, tibb bacısı fəaliyyəti ilə məşğul olmamışdır. Yoxlama keçirilən xx.xx.2024-cü ildə o, cəmi bir nəfər pasiyentə xidmət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şəxs MMC-də stomatoloq həkim işləmiş X9 məhkəmə iclasında eyni məzmunlu izahat verərək, X4 izahatında göstərdiklərini təsdiq etmişdir. İş üzrə şahid kimi dindirilmiş X11 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 05 iyun 2024-cü ildə Şəxs MMC-də həkim stomatoloq Pərviz Süleymanova müraciət etmiş dişinə plomb qoydurmuşdur. Həkimin yanında olduğu müddətdə həkim tək olmuş, otaqda tibb bacısı olmamışdır. Ümumiyyətlə dişlərini həkim stomatoloq Pərviz Süleymanov müalicə etmiş, o, klinikada heç vaxt həkimə kömək edən tibb bacısı görməmişdir. İş üzrə şahid kimi dindirilmiş X16 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 05 iyun 2024-cü ildə Şəxs MMC-də həkim stomatoloq Mətanət İsmayılova müraciət etmiş dişinə plomb qoydurmuşdur. Həkimin yanında olarkən otaqda tibb bacısı olmamışdır. X8 tanıdığı üçün klinikada tibb bacısı işlədiyini bilmişdir. O, X1 tibb bacısı kimi xidmət apardığını görməmiş, Kəmalə Mustafayevanın xadimə işlədiyini bilmiş və görmüşdür. İş üzrə şahid kimi dindirilmiş X27 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-də tibb bacısı işləmiş, vəzifəsi istifadə olunan stomatoloji qurğu və alətlərin sterilizasiyası və paketlənməsi işlərini icra etmək, otaqları xidmətə hazır vəziyyətdə həkim stomatoloqlara təhvil vermək olmuşdur. Klinikada xx.xx.2024-cü ildə keçirilən planlı yoxlama zamanı o işdə olmuş, geyim forması firuzə rəngdə şalvar kofta olmuş, ondan başqa qeydiyyatçı resepşin vəzifəsində işləyən xanım da eyni geyim forması geyinmişdir. X13 müəssisədə xadimə işində işləmiş, iş otaqlarının və digər sahələrin təmizlik işlərini təşkil etmişdir. Xadimənin geyim forması ağ köynək, tünd göy şalvar olmuş, yoxlama zamanı da eyni formanı geyinmişdir. Həkimlərin geyim forması tünd göy rəngli şalvar kofta olmuşdur. O işlədiyi müddətdə heç vaxt X7 tibb bacısı kimi fəaliyyət göstərdiyini görməmişdir. İş üzrə şahid kimi dindirilmiş X13 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-də xahimə işləmiş, işi otaqları və digər sahələri təmizləməkdən ibarət olmuşdur. Əvvəllər müəssisədə tibb bacısı kimi işləmiş, uşaqlarının xəstəliyi ilə bağlı yaranan problemlərinə görə hazırlaşmağa imkanı olmadığı üçün sertifikasiyadan keçməyə gedə bilməmişdir. O, ailə vəziyyəti və uşaqlarının xəstəliyi barədə klinikanın rəhbəri Anar Osmanova danışıb işdən çıxarılmamasını xahiş etmiş, sertifikasiyadan keçmədiyi üçün Anar Osmanov onu xadimə kimi işləməsinə razılıq vermiş, o klinikada xadimə işini görmüş və klinikanın rəhbəri onu xadimə işinə keçirmişdir. Klinikada tibb bacısı olaraq X27 işləmiş, xx.xx.2024-cü ildə klinikada yoxlama keçirilərkən o xadimə olmuş və xadimənin vəzifəsinə aid olan təmizlik işlərini yerinə yetirmiş, tibb bacisina aid heç bir fəaliyyətlə məşğul olmamış, əynində də geyim forması olaraq ağ köynək, tünd göy şalvar olmuşdur. İş üzrə şahid kimi dindirilmiş X10 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-də qeydiyyatçı resepşin vəzifəsində işləmiş, onun işi xəstələrin qeydiyyata alınmasından ibarət olmuşdur. MMC-də keçirilən planlı yoxlama zamanı o işdə olmuş, geyim forması firuzə rəngli şalvar kofta olmuşdur. Ondan başqa tibb bacısı vəzifəsində işləyən xanım da eyni formadan geyinmişdir. X3 xadimə işində işləmiş, işi, otaqların və digər sahələrin təmizliyini təşkil etmək olmuşdur. Xadimə geyim forması olaraq ağ köynək, tünd göy şalvardan istifadə etmiş və yoxlama zamanı da həmin formada olmuşdur. İş materiallqarına əlavə ediməklə məhkəmə iclasında tədqiq edilmiş; Lisenziyanın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixli ştat cədvəlindən görünür ki, X14 Klinika” MMC-də 1 ştat vahidi icraçı direktor stomatoloq, 2 ştat vahidi həkim stomatoloq, 1 ştat vahidi tibb bacısı, 2 ştat vahidi qeydiyyatçı resepşin, 1 stat vahidi sanitar xadimə olmuşdur. xx.xx.2024-cü il tarixli, 5 nömrəli əmrdən və eyni tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X13 xx.xx.2024-cü ildə Şəxs MMC-yə xadimə kimi işə qəbul edilmişdir. Bildirişin sistemə daxil edilmə tarixinin xx.xx.2024-cü il olduğu görünür. Şəxs MMC-nin Alətlərin Sterilizasiyasının qeydiyyatı jurnalın təsdiq edilmiş surətindən görünür ki, 05 iyun 2024-cü ildə X14 Klinika” MMC-də tibbi fəaliyyət üzrə istifadə olunan stomatoloji qurğuların sterilizasiya olunması üçün Həcər Əliyeva qəbul etmiş və sterilizasiya olunduqdan sonra Anar Osmanova təhvil vermişdir. 05 iyun 2024-cü il tarixli çeklərdən görünür ki, Şəxs MMC tərəfindən göstərilmiş xidmətə görə saat 843-də 30 manat və saat 1438-də 40 manat ödəniş edilmişdir. 05 iyun 2024-cü il tarixli Stomatoloji pasiyentin tibbi kitabçalarından görünür ki, 05 iyun 2024-cü ildə X16 həkim stomatoloq Mətanət İsmayılova tərəfindən, X11 həkim stomatoloq Pərviz Süleymanov tərəfindən müayinə və müalicə edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkildən və verilmiş izahdan görünür ki, MMC-nin işçılərinin geyim formaları bir-birlərindən seçilmiş, tibb bacısı, qeydiyyatçı resepşin vəzifəsində işləyən xanımlar firuzə rəngli kofta şalvar, xadimə işləyən xanım ağ kofta, tünd göy şalvar, həkim stomatoloqlar tünd göy rəngli kofta şalvar geyinmişlər. İXMəcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi iş üzrə İXM-nin 215.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun əsası kimi xx.xx.2024-cü ildə, saat 1515-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibb praktiki fəaliyyət ilə məşğul olma faktının aşkar olunduğu göstərilmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, keçirilən planlı yoxlama zamanı, yəni 05 iyun 2024-cü ildə Şəxs MMC-də tibb bacısı vəzifəsində X13 deyil, X27 əmrlə təyin edilib işləmiş, Kəmalə Mustafayeva isə xadimə olmuşdur. Qeyd olunan şəxslərin əvvəldən, may ayının 1-dən işə götürülüb həmin vəzifələri yerinə yetiridikləri yoxlama keçirənlər tərəfindən materiala əlavə edilmiş əmr surəti və digər sənədlərlə yanaşı, müdaxilə edilməsi mümkün olmayan elektron sistemdən götürülmüş çıxarışlarda, qeyd olunan şəxslərin göstərilən vəzifələrdə, yəni X17 tibb bacısı, X2 xadimə işləməsi ittihamın verildiyi vaxtdan qabaq xx.xx.2024-cü ildə rəsmi olaraq qeydə alındığını göstərir. Yəni ittihamın verildiyi yoxlamanın aid olduğu 3-7 iyun 2024-cü il tarixlərdə Kəmalə Mustafayevanın xadimə işləməsi əmrlə təsdiq olunur və bütün şahidlər bunu təsdiq edirlər, lakin inzibati xəta haqqında protokolda göstərilən kimi xx.xx.2024-cü ildə növbəti planlı yoxlama keçirilən zaman sertifikatsız özəl tibb praktiki fəaliyyət ilə məşğul olmasını göstərən, təsdiq edən heç bir əsas məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə daxil olmuş materiallara Kəmalə Mustafayevanın klinikanın otaqlarından birində çəkilmiş foto şəkili əlavə edilmiş, məhkəmə əynində olan geyim formasının konkret olaraq tibb bacısına aid olduğunu əks etdirdiyi üçün bunun materiallara əlavə edildiyini fikirləşib araşdırmış, əksinə şəkildə Kəmalə Mustafayevanın əynində olan geyim formasının klinikanın xadiməsinə aid geyim forması olduğu müəyyuən edilmişdir. Bundan başqa klinikada tibb bacısının vəzifəsinə aid olan tibbi avadanlıqların strilizasiya üçün götürülməsi və təhvil veriməsini əks etdirən jurnalın təsdiq edilmiş surətindən görünür ki, tibb bacısı kimi həmin xidməti Həcər Əliyeva yerinə yetirməsini, təhvil alıb təhvil verməsini imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Kəmalə Mustafayevanın tibb bacısı diplomu olmuş, əvvəllər klinikada tibb bacısı kimi fəaliyyət göstərmiş, yoxlama dövründə tibb bacısı kimi sertifikasiyadan keçmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara görə MMC-də sertifikatsız özəl tibb praktiki fəaliyyət ilə məşğul olma faktının mövcudluğu qənaətinə gəlinərək İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanunvericilikdə güman ilə məsuliyyətə cəlb etmə nəzərdə tutulmamışdır və bu yolverilməzdir. Təqsir konkret fakta əsaslanmaqla, qanuni formada sübuta yetirilməlidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin planlı yoxlama dövrü 3-7 iyun 2024-cü ili əhatə etmişdir. Həmin dövrə aid və həmin dövrdə toplanmış sübutlar qanuni və əsaslı ola bilər. İttiham da 5 iyun 2024-cü ildə sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olmaya görə verilmişdir. İttihamı təsdiq edən heç bir sübut isə mövcud deyildir. Belə vəziyyətdə qeyd olunan hallar təqsirləndirilənin - müdafiə tərəfin xeyrinə həll olunmalıdır. Ştat cədvəlinə əsasən Şəxs MMC-də 1 ştat vahidi tibb bacısı vəzifəsi olmuş və 05 iyun 2024-cü ildə həmin vəzifədə X27 işləmişdir. Göründüyü kimi nə sənədlərlə, nə də digər hər hansı bir faktiki müəyyən edilmiş halla MMC-nin 5 iyun 2024-cü ildə, saat 1515-də qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsin praktik tibb fəaliyyətinə buraxıldığını görmək olmur. Qeyd edilənləri məcmu halda nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi məhkəmə iclasında sübuta yetmədi. Belə olduğu üçün İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud deyildir. İXM-nin 75.0.1-ci maddəsinin tələbinə görə inzibat xəta hadisəsinin törədilməsi, 75.0.3-cü maddəyə görə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, əməlində İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı üçün Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Alalitik Ekspertiza X30 şöbəsinin mütəxəssisi X26 tərəfindən 05 iyun 2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №3(075)-477/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-477/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver