Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-48/2021 14.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, X1 barəsində 14 yanvar 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, müəyyən etdim: Şəki ŞRPŞ-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən X2 barəsində 16 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol baxılması üçün Şəki şəhər-rayon X5 Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 104.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə, dayandırılır. Həmin Məcəllənin 104.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməlidir. Həmin Məcəllənin 104.7-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya bu Məcəllənin 104.1.1-104.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir və bu barədə 48 saat ərzində müvafiq prokurora yazılı məlumat verilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokola əlavə edilmiş arayışlarla X1 qaçıb gizlənməsinə görə inzibati iş üzrə icraatın dayandırıldığı qeyd edilsə də, bununla bağlı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar və 48 saat ərzində həmin qərarın surətinin müvafiq prokurora göndərməsini təsdiq edən hər hansı bir sənəd, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşkar edilməsindən sonra iş üzrə icraatın təzələnməsinə dar qəbul edilmiş qərar iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, Şəki şəhər-rayon Polis Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Hesab edirəm ki,X1 barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldım: X1 barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki şəhər-rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Elçin Mehdiyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 14 yanvar 2021-ci il tarixdə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, X1 barəsində 14 yanvar 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:40-da başlandı. Göründüyü kimi Şəki şəhər-rayon Polis Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Hesab edirəm ki, X1 barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Buna görə də bununla bağlı qərardad qəbul etdim. Prosessual hərəkət saat 17:50-də qurtardı. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-48/2021 14 yanvar 2021-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Hörmətli Azər müəllim ! X1 Azərbaycan Respubilkası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material Şəki Rayon Məhkəməsi hakiminin 14 yanvar 2021-ci il tarixli, 3 (075)-48/2021 saylı inzibati xəta haqqında iş üzrə qərardadı ilə birlikdə Sizə qaytarılır. Əlavə olaraq bildiririk ki, X1 Azərbaycan Respubilkası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material bundan əvvəl də natamam olduğundan Şəki Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli, 3 (075)-703/2020 saylı inzibati xəta haqqında iş üzrə qərardadına əsasən geri qaytarılmışdır. Lakin, Şəki Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli, 3 (075)-703/2020 sayl inzibati xəta haqqında iş üzrə qərardadında göstərilən nöqsanlar tam şəkildə aradan qaldırılmadan, X1 Azərbaycan Respubilkası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material yenidən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, X1 Azərbaycan Respubilkası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialın Şəki Rayon Məhkəməsinin qeyd edilən qərardadlarında göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə göndərilməsini Sizdən xahiş edirəm. Qoşma: 1) 24 vərəqədən ibarət inzibati xəta haqqında material, 2) Qərardadı 01 vərəqə, 02 səhifə. Hörmətlə, Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №3(075)-48/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-48/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver