Məhkəmə qərarları › İş №3(075)-480/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-480/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-480/2020 24.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Orta Zəyzid kəndində qeydiyyatda olan, Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 6434/2017 saylı icra sənədinə əsasən xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-503/2020 saylı icra sənədinə əsasən xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Məhkəmə qərarlarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-6434/2017 saylı icra sənədinə əsasən xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)- 503/2020 saylı icra sənədinə əsasən xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədləri xx xxxxxx 2017-ci il və xx xxxxx 2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, nəticədə 1130 manat alimçent borcu yaranmışdır. Həmçinin, borclu dəfələrlə icra şöbəsinə çağırılmış, lakin gəlməmiş, yeri barədə dəqiq məlumat verməmiş, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Hal-hazırda isə borclunun 1130 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranması səbəbi kimi maddi imkansızlığı ilə əlaqələndirmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixli izahatında yaranmış aliment borcunu karantindən sonra işləyib hissə-hissə ödəyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 11:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-6434/2017 saylı icra sənədinə əsasən xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment ondan alınaraq tələbkar X2 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-503/2020 saylı icra sənədinə əsasən xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment ondan alınaraq tələbkar X2 ödənilməlidir. Özü heç yerdə işləmir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Əgər ona vaxt verilərsə karantindən sonra iş tapıb borcunu ödəyə bilər. Belə ki, ofisiant işləyir. Lkakin hazırda karantin rejimi ilə bağlı kafelər işləmədiyindən işsizdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 11:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunun ödəməməsini nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 11:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar