Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-480/2021 17.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxxx 1991-ci il tarixdə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Baş Layısqı kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 17 sentyabr 2021-ci il tarixdə Şəki rayonu, Baş Layısqı kəndində Ramiz, Arzu və Xalid adlı şəxslərlə qumar oyunu oynamışdır. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X6 izahat verərək göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə saat 23:30 radələrində polis əməkdaşları aldıqları məlumata əsasən Şəki rayonu, Baş Layısqı kəndində getmişlər. Həmin kənddə olduqları zaman kəndində mərkəznidə yerləşən kafenin həyətində 5 nəfərin qadağan olunan əl oyunu olan “qumar” oynadıqlarını görmüşlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər, vətəndaşlara törətdikləri qayda pozuntusunu izah etmişlər və onları Şəki ŞRPŞ-nə gətirmişlər. Həmçinin maddi sübut olan kart və 2 manatı götürərək sənədləşdirmişlər. Polis şöbəsində isə həmin şəxslərin Şəki rayon, Baş Layısqı kənd sakinləri X4, X8, X5 və X3 olduqları məlum olmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həqiqətən o, Ramiz , Arzu və Xalid 17 sentyabr 2021-ci il tarixdə Şəki rayonu, Baş Layısqı kəndində yerləşən saat 00:00-dan sonra bağlanmış kafenin həyətində kart vasitəsi ilə hər dəfə 40 qəpikdən olmaqla maddi maraq müqabilində qumar oynamışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, onlara törətdikləri qayda pozuntusunu izah etmişlər və onları Şəki ŞRPŞnə gətirmişlər. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 16 sentyabr 2021-ci il tarixdə 17 sentyabr 2021-ci il tarixədək şəhər ərazisində xidmətdə olarkən aldıqları məlumata əsasən Şəki rayonu, Baş Layısqı kəndində getmişlər. Həmin kənddə olduqları zaman kəndində mərkəznidə yerləşən kafenin həyətində 5 nəfərin qadağan olunan əl oyunu olan “qumar” oynadıqlarını görmüşlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər, vətəndaşlara törətdikləri qayda pozuntusunu izah etmişlər və onları Şəki ŞRPŞ-nə gətirmişlər. İşdə olan Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, Şəki rayonu, Baş Layısqı kənd sakinləri X4, X8, Şəxs, X5 və X1 qumar oynadıqları tərəflərindən aşkarlanmışdır. Həmin vaxt istifadə olunan 36 ədəd plastik qumar kartı və 2 manat pul tərəflərindən gütütrülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi və oyun ləvazimatı olan 36 ədəd plastik qumar kartı və 2 manat pul vəsaitinin müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın törədilməsində istifadə edilmiş oyun ləvazimatı olan 36 ədəd plastik qumar kartı və 2 manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməklə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-480/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-480/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver