Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-481/2020 24.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, hal-hazırda işləməyən, əlilliyi olmayan, Şəki şəhəri, Füzuli küçəsi, 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Şəki rayonu üzrə İcra Şöbəsinin icraatında olan icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən Şəki rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2325/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 30872 manat məbləğində pul alınaraq X2 ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, sonradan da icra sənədinin hissə-hissə icra edilməsi barədə məhkəmə qərarı olmamasına baxmayaraq borcundan xx xxxx 2020-ci il tarixdə borcundan birdəfəlik 3000 manat ödəmiş, 27872 manat borcu ödənilməmiş qalmışdır. Həmçinin borclu dəfələrlə icra şöbəsinə çağırılmış gəlməmiş, yeri barədə dəqiq məlumat verməmiş, borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına neç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Hal-hazırda isə borclunun 27872 manat borcu vardır. Borclu izahatında borcunun ödənilməməsi səbəbi kimi maddi imkansızlığı ilə əlaqələndirmişdir. Borclu Şəxsxx.xx.2020-ci il tarixli izahatında mövcud borcundan 300 manat ödəyə biləcəyini bildirmişdir. Lakin tələbkar borcunun tam ödənilməsini tələb etdiyindən borclunun xx.xx.2020-ci il tarixdə ödəniş etmək istədiyi məbləği qəbul etməmişdir. Həmçinin borclu göstərmişdir ki, qeyd edilən borc məbləğini gələcəkdə yalnız hissə-hissə ödəməklə həyata keçirəcəkdir. Buna görə də hesab etmişdir ki, borclu icra sənədini qərəzli olaraq icra etmir və buna görə də onun barəsində inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, evdar qadın olmaqla heç bir yerdə işləmir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2325/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 30872 manat məbləğində pul alınaraq X2 ödənilməlidir. Onun icra sənədindən məlumatı vardır və icra sənədinin icrasından yayınmaq fikri yoxdur. İcra məmurunun təqdimatda göstərdiyi və məhkəmə iclasında göstərdiyi “borclu dəfələrlə icra şöbəsinə çağırılmış gəlməmiş, yeri barədə dəqiq məlumat verməmiş” kimi fikirləri ilə razı deyildir. Belə ki, onun icra məmurunda daimi yaşayış yeri barədə məlumat olmuş, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun bütün çağırışlarına gəlmişdir. Belə ki, 2020ci ilin iyun ayınadək icra sənədi üzrə heç bir ödəniş etməmiş, lakin xx xxxx 2020-ci il tarixdə borc pul taparaq borcundan 3000 manat məbləğində ödəniş etmişdir. Həmçinin bu gün, yəni xx.xx.2020-ci il tarixdə də 300 manat ödəniş etmək istəsə də icra məmuru bu ödənişi qəbul etməkdən imtina etmişdir. Bildirdi ki, ailəlidir, 2 övladı vardır. Yoldaşı 12 saylı X4 işləyir və aylıq maaşı 300 manatdır. Ondan başqa ailələrinə gəlir gətirən yoxdur. Bütün bunlara baxmayaraq o, icra sənədi üzrə bocunu ödəyəcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunun, borclunun izahatlarına və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, göründüyü kimi Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, icra məmurunun qənaətincə o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər, həmçinin tərəflərin izahatlarından da göründüyü kimi Şəxs icra sənədi üzrə xx xxxx 2020-ci il tarixdə borc məbləğindən 3000 manat ödəmişdir. Sonuncu dəfə isə bu gün, yəni xx xxxxxx 2020-ci il tarixdə 300 manat ödəniş etmək istəmiş, lakin icra məmuru həmin 300 manat pulu qəbul etməkdən imtina etmişdir. Bütün bu qeyd edilənlər məhkəməyə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsi qənaətinə gəlməsinə əsas verir. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Qeyd edilən inzibati xəta haqqında normanın mahiyyəti ondan ibarətdir ki, borclu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməsin və ya icra sənədini qərəzli olaraq yerinə yetirməsin. İş materiallarından da göründüyü kimi icra məmuru borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olubolmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Bundan başqa icra məmuru tərəfindən borclunun evinə baxış keçirilmiş, evə baxış zamanı borclunun üzərinə həbs qoyula biləcək əmlakını aşkar etməmiş və akt tərtib edilərək işə əlavə edilmişdir. Göründüyü kimi icra məmuru özü müəyyən etnmişdir ki, borclunun icra sənədini icra edə biləcək nə pulu, nə əmlakı, nə də üzərinə həbs qoyula biləcək əmlakı yoxdur. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməsə də borclu icra sənədi üzrə ödənişlər etməyə çalışmışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə 3000 manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixdə isə 300 manat ödəniş etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə börclunun icra sənədi üzrə ödənişlər etməsinə cəhdlər etməsini onun börcunu ödəməkdə qərəzli olmaması kimi qiymətləndir və hesab edir ki, icra məmuru əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmamışdır. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları olmamışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-481/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-481/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver