Məhkəmə qərarları › İş №3(075)-482/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-482/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-482/2021 01.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə xx xxxxx 1966-cı il tarixdə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu Baş Layısqı kəndində kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 17 sentyabr 2021-ci il tarixdə Şəki rayonu Baş Layısqı kəndində Ramiz, Xalid və Ceyhunla birlikdə qumar oyunu oynamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Şəxs da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəxs Şəki ŞRPŞ-də verdiyi 17 sentyabr 2021-ci il tarixli izahatından görünür ki, o, Ramiz, Xalid və Ceyhunla birlikdə 17 sentyabr 2021-ci il tarixdə Şəki rayonu Baş Layısqı kəndində yerləşən saat 00:00-dan sonra bağlanmış kafenin həyətində kart vasitəsi qumar oynadıqlarını etiraf etmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə Şəki rayonu Baş Layısqı kəndində Ramiz, Xalid və Ceyhunla birlikdə qumar oyunu oynamış, bununla da Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 17 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, 16 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək polis əməkdaşları şəhər ərazisində xidmətdə olarkən aldıqları məlumata əsasən Şəki rayonu Baş Layısqı kəndində getmişlər. Həmin kənddə olduqları zaman kəndində mərkəzində yerləşən kafenin həyətində 5 nəfərin qadağan olunan əl oyunu olan “qumar” oynadıqlarını görmüşlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, vətəndaşlara törətdikləri qayda pozuntusunu izah etmiş, onları Şəki ŞRPŞ-nə gətirmiş və Növbətçi Hissəyə təhvil vermişlər. Daha sonra onların Şəki rayonu Baş Layısqı kənd sakinləri X2, X3, X5, Şəxs və Şəxs olduqları məlum olmuşdur. Şəki Rayon Məhkəməsinin 3(075)-480/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli akta əsasən Şəki rayonu Baş Layısqı kənd sakinləri X3, X5, X2, Şəxs və Şəxs qumar oynadıqları tərəflərindən aşkarlanmış, həmin vaxt istifadə olunan 36 ədəd plastik qumar kartı və 2 manat pul tərəflərindən gütürülmüşdür. 17 sentyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 01:50-də inzibati qaydada tutulmuş və 14:00-da azad edilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-480/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın törədilməsində istifadə edilmiş oyun ləvazimatı olan 36 ədəd plastik qumar kartı və 2 manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməklə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə də, məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə Şəki rayonu Baş Layısqı kəndində Ramiz, Xalid və Ceyhunla birlikdə qumar oyunu oynamış, bu hal polis əməkdaşı tərəfindən aşkar edildiyindən akt tərtib edilərək kartlar və stolun üstünə qoyulmuş pullar götürülmüş, Şəxs iştirakı ilə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalı, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin 3(075)-480/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə eyni iş üzrə maddi sübut olan oyun ləvazimatı 36 ədəd plastik qumar kartı və 2 manat pul vəsaitinin dövlət nəfinə müsadirə edilməsinin qərara alınması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 525-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın törədilməsində istifadə edilmiş oyun ləvazimatı olan 36 ədəd plastik qumar kartı və 2 manat pul vəsaitinin Şəki Rayon Məhkəməsinin 3(075)-480/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar