Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-482/2025 22.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, ali təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 21 iyul 2025-ci il tarixli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 iyul 2025-ci tarixdə saat 10:00-da, Şəki şəhəri, 20 Yanvar küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 10:00 radələrində AZ **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəşad Cavadov və X24 şəhəri 20 Yanvar küçəsində xidmətdə olarkən AZ 55-B705 dövlət qeydiyyat nişanlı motosikkildə arxasında əyləşən sərnişinin dəbilqədən istifadə etmədiyinə görə YPX əməkdaşı tərəfindən saxla işarəsi verilmişdir. Motosikla yaxınlaşaraq özünü təqdim edərək, ona etdiyi qayda pozuntusunu izah edib ondan şəxsiyyətini təsdiq edəcək sənədləri təqdim etməyini xahiş etmişlər, lakin sərnişin onlara qarşı kobudluq edərək “yaxşı edirəm, sizə heç bir sənəd təqdim etməycəyəm” deyib nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların naratçılığına səbəb olmasını və bununla da, ictimai qayda pozuntusuna yol verdiyini izah edib onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək uca səslə etikadan kənar ifadələr işlədərək səsküy salmağa başlamışdır. Onlar onun hərəkətlərinin qarşını almaq məqsədilə onu xidməti avtomobilə əyləşdirmək istəyərkən o, əllərindən çıxıb qaçaraq kənardan video çəkiliş etməyə başlamışdır. Sonradan o, öz hərəkətlərinə bəraət qazandırmaq üçün DİN-in 102 xidmətinə müraciət etmiş və 102 məlumatı ilə bağlı polis şöbəsinə dəvət olunmuş, Polis şöbəsində həmin şəxs ünvan 1 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. Qeyd olunan şəxs barəsində 20 Yanvar küçəsində törədilmiş inzibati xətaya görə qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş və onun tərəfindən protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixində 10:00 radələrində qardaşı Tahirli Pərvinə məxsus 55B705 nömrə nişanlı Moto NV-lə Şəki şəhəri 20 Yanvar küçəsi ilə hərəkətdə olduqları zaman o, sərnişin qismində qardaşının arxasında əyləşmişdir. İdeal çay evinin qarşısına çatan zaman YPX əməkdaşı onlara saxla işarəsi vermişdir. Qardaşı NV-nı yolun kənarında saxlamışdır. Qardaşı qoruyucu kasqadan istifadə etsə də, onda olmamışdır. YPX əməkdaşı yaxınlaşıb özünü təqdim etmədən nalayiq və kobud şəkildə “hanı əəə sənin kasqan” deyərək soruşmuşdur. O isə öz növbəsində kasqasının olmadığını və cərimənin yazılmasını tələb etmişdir. Daha sonra yenə kobud şəkildə “basın bunları ştrafnoya” deyərək onların üzərinə gəlmişdir. O, bu əməkdaşlarla dialoqa girməyin mümkün olmayacağını anlamış və özünə məxsus mobil telefonu ilə video çəkiliş etməyə başlamışdır. Video çəkilişə biraz öncə adını bilmədiyi Rəşad yox digər yol polis əməkdaşı qardaşına demişdir ki, “hörmət edib gedin”. Daha sonra video çəkiliş etmişdir. Video çəkilişi bitirib, 102 xidmətinə zəng vurmuşdur. O, telefonla 102 xidməti ilə danışığını sonlandırmadan onu DYP avtomobilinə zor tətbiq edərək əyləşdirməyə çalışmışlar. Həmin zaman ona fiziki qüvvə tətbiq edərək yumruq zərbəsi ilə telefonunu almağa çalışsalar da o, telefonunu verməyərək onların əlindən çıxaraq oradan uzaqlaşmışdır. Bu zaman qardaşı Pərvini döyüb, sürüyərək xidməti avtomobilə əyləşdirdiklərini görmüşdür. Daha sonra o, oradan uzaqlaşdıqdan sonra 102 xidməti ilə yarımçıq qalan danışığını sonlandırıb, digər hüquq mühafizə orqanlarına müraciət etmişdir. 15:00-dan sonra o, Şəki ŞRPŞ-yə yaxınlaşmışdır. Şəki ŞRPŞ-də 102 müraciəti ilə bağlı onunla izahat işləri aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ DYPB-nin əməkdaşı X7 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 10:00 radələrində AZ **-YP- *** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Şəki şəhəri, 20 Yanvar küçəsində xidmətdə olduqları zaman, AZ 55-B705 dövlət qeydiyyat nişanlı motosikletin arxasında əyləşən sərnişinin dəbilqədən istifadə etmədiyinə görə tərəflərindən saxla işarəsi verilmiş, motoskiletə yaxınlaşaraq özünü təqdim edib etdiyi qayda pozuntusunu izah etdikdə sərnişin onlara qarşı nalayiq ifadələr işlədərək həmin yerdən uzaqlaşmışdır. Onun dayanmağını tələb etəsələr də, onların tələbinə məhəl qoymamış və oradan qaçaraq uzaqlaşmışdır. Bu zaman sürücü əlində mobil telefonla onları çəkməyə başlamışdır. Onlar sürücünü dəfələrlə nizam-intizama dəvət etsə də, sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. X15 gətirilmiş və onun Şəki şəhər sakini X6 olduğu müəyyən edilmişdir. Daha sonra 102 xidmətinin Qaynar xəttinə müraciət etdiyi üçün X3 həmin sərnişin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş leytenantı X13 izahat verərək göstəmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Şəki şəhəri 20 Yanvar küçəsində DYPB-nın inspektoru, polis serjantı Elşən Zalovla xidmətdə olduqları zaman 55B705 D.Q.Nişanlı motosikletdə sərnişin qismində əyləşən şəxsin qoruyucu kaskası olmadığına görə saxla işarəti vermişdir. Daha sonra həmin şəxslərə yaxınlaşıb özünü təqdim etmişdir. Onlara saxlama səbəbi üçün sərnişin qismində əyləşən şəxsin qoruyucu kaskadan istifadə etmədiyini izah edərkən sürücü və sərnişin ucadan səs-küy salmağa başlamış və sənədləri təqdim etməmişlər. O, onları nizam intizama dəvət edib sənədlərini tələb etdikdə onlar daha da aqressivləşmişlər. Söyüş söyməyə başladılar, o, onları iş yoldaşının köməkliyi ilə nizam intizama dəvət etsə də, onlar onlara məhəl qoymamışlar və qəti şəkildə qərarlı olaraq qanuni tələblərinə tabe olmamışlar. Bu zaman sərnişin qismində əyləşən şəxs mobil telefonu ilə çəkiliş apararaq ətrafdakı şəxslərin diqqətini özünə cəlb etməyə davam etmişlər. Onlar ətrafdakı hamının diqqətini həmin şəxslərin etdiyi qeyri-etik hərəkətlərə cəmləndiyini gördükləri üçün onları polis şöbəsinə dəvət etmişlər. Lakin onlar xidməti avtomobilə əyləşməkdən qəti imtina etmişlər. Bu zaman onlar fiziki qüvvə tətbiq edərək, xidməti avtomobilə əyləşdirdikləri zaman, o, müqavimət göstərərək ucadan söyüş söymüşdür. Onlara qarşı müqavimət göstərmiş, həmin zaman sərnişin qismində əyləşən və ucadan söyüşlər söyərək mobil telefonla çəkiliş aparan şəxs oradan fürsətdən istifadə edib qaçaraq uzaqlaşmışdır. Onlar sürücünü güclə xidməti avtomobilə əyləşdirərək digərinə dayanmağını tələb etsələr də, o, qaçaraq oradan uzaqlaşmışdır. Maşına əyləşdirdikləri şəxs onlara daha aqresiv müqavimət göstərərək digər şəxsin qaçmasına şərait yaratmışdır. Həmin şəxsi polis şöbəsinə gətirmişlər. Həmin şəxsi növbətçi hissə Şəki şəhər sakini X6 olduğu onlara məlum olmuşdur. Daha sonra digər şəxs 102 xidmətinə müraciət etdiyinə görə bir neçə saat sonra polis şöbəsinə gəldiyi məlum olmuşdur. Həmin şəxslərə qarşı səlahiyyətləri çərçivəsində müqavimət göstərdiyinə görə tədbir görülmüşdür. Həmin şəxs müqavimət göstərərək əllərindən çıxıb qaçmağa cəhd göstərdiyinə görə onlar onu xidməti avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. Həmin şəxs avtomobildə olarkən yenə söyüşlər söyməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə, saat təxminən 10:00 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olduğu zaman iki nəfər şəxsin YPX əməkdaşları ilə mübahisə etdiklərini, ucadan səs-küy saldıqlarını görmüş, həmin iki nəfər şəxs polis əməkdaşlarına məhəl qoymadan ucadan səs-küy salmış, onlardan biri mobil telefonla çəkiliş aparmışdır. Daha sonra polsilərin onları sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Lakin həmin iki nəfər şəxs daha da aqressivləşmiş, polis onları maşına əyləşməyə dəvət etsə də, onlar yenə də öz hərəkətlərinə davam edirmişlər. Bu zaman polis əməkdaşları çəkiliş aparan şəxsi xidməti avtomobilə əyləşdirmək istəyərkən, həmin şəxs müqavimət göstərərək onların əlindən çıxaraq qaçmışdır. Həmin şəxsə polislər dayanmağı tələb etsələr də o, buna məhəl qoymadan qaçaraq oradan uzaqlaşmışdır. Digər şəxs həmin zaman polislərə maneçilik törədərək yanındakı şəxsin qaçmağına şərait yaratmışdır. Polislər həmin adamı qolundan tutaraq maşına əyləşdirmək istəyərkən çətinlik çəkdiklərini, həmin şəxsin qəti şəkildə maşına oturmaq istəmədiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X9, X4 və X10 digər şahid X8 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişlər. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati qaydada tutulma haqqında” 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 15:44-də tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 17:20-da azad edilmişdir. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs qeyri-etik ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda onun xx.xx.2025-ci il saat 15:44-dən xx.xx.2025-ci il tarix saat 17:20dək inzibati qaydada tutulduğu nəzərə alınaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs xx.xx.2025-ci il saat 15:44-dən xx.xx.2025-ci il tarix saat 17:20-dək inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 150 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-482/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-482/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver