Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-483/2025 22.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, subay, ali təhsilli, işləməyən, Şəki, Arxüstü küç, 24 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 iyul 2025-ci il tarixdə Şəki şəhəri 20 Yanvar küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 10:00 radələrində Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş leytenantı X4 AZ **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Şəki şəhəri, 20 Yanvar küçəsində xidmətdə olduğu zaman, AZ 55-B705 dövlət qeydiyyat nişanlı motosikletin arxasında əyləşən sərnişinin dəbilqədən istifadə etmədiyinə görə Rəşad Cavadov tərəfindən saxla işarəsi verilmiş, motoskilə yaxınlaşaraq özünü təqdim edib etdiyi qayda pozuntusunu izah etdikdə sərnişin onlara qarşı nalayiq ifadələr işlədərək həmin yerdən uzaqlaşmışdır. Bu zaman sürücü əlində mobil telefonla onları çəkməyə başlamışdır. Onlar sürücünü dəfələrlə nizam-intizama dəvət etsə də, sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. X11 götirilmiş və onun Şəki şəhər sakini Şəxs olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun barəsində inzibati protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus AZ 55-B705 dövlət qeydiyyat nişanlı motosikletlə Şəki şəhəri, 20 Yanvar küçəsində qardaşı Elvinlə birlikdə hərəkətdə olduqları zaman qardaşı Elvin qoruyucu dəbilqədən istifadə etmədiyi üçün onlar Yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. O, qısa məsafə qət edikləri üçün qardaşının dəbilqədən istifadə etmədiyini bildirmişdir. Bundan sonra onlara motosikleti cərimə meydançasına aparılacağı bildirilmişdir. O isə polis əməkdaşlarına qoruyucu dəbilqədən istifadə etmədikləri üçün yerində cərimə tərtib edilməsini xahiş etmiş, lakin polis əməkdaşları motosikleti aparmaq istədikləri üçün qardaşı Elvin 102 xidmətinin qaynar xəttinə müraciət etmək istəmiş, onu YPX-nin avtombilinə əyləşdirmək istədikləri zaman oradan uzaqlaşmışdır. Onu isə qolundan tutaraq maşına əyləşdirdilər. O, polis əməkdaşalrına qarşı nalayiq ifadə işlətməmiş, onların tələblərinə tabesizlik göstərməmişdir. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ DYPB-nin operatoru X6 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 10:00 radələrində AZ **-YP- *** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Şəki şəhəri, 20 Yanvar küçəsində xidmətdə olduqları zaman, AZ 55-B705 dövlət qeydiyyat nişanlı motosikletin arxasında əyləşən sərnişinin dəbilqədən istifadə etmədiyinə görə tərəflərindən saxla işarəsi verilmiş, motoskiletə yaxınlaşaraq özünü təqdim edib etdiyi qayda pozuntusunu izah etdikdə sərnişin onlara qarşı nalayiq ifadələr işlədərək həmin yerdən uzaqlaşmışdır. Onun dayanmağını tələb etəsələr də, onların tələbinə məhəl qoymamış və oradan qaçaraq uzaqlaşmışdır. Bu zaman sürücü əlində mobil telefonla onları çəkməyə başlamışdır. Onlar sürücünü dəfələrlə nizam-intizama dəvət etsə də, sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. X11 gətirilmiş və onun Şəki şəhər sakini Şəxs olduğu müəyyən edilmişdir. Daha sonra 102 xidmətinin Qaynar xəttinə müraciət etdiyi üçün X3 həmin sərnişin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə, saat təxminən 10:00 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olduğu zaman iki nəfər şəxsin YPX əməkdaşları ilə mübahisə etdiklərini, ucadan səs-küy saldıqlarını görmüş, həmin iki nəfər şəxs polis əməkdaşlarına məhəl qoymadan ucadan səs-küy salır, onlardan biri mobil telefonla çəkiliş aparırdı. Daha sonra polsilərin onları sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Lakin həmin iki nəfər şəxs daha da aqressivləşmiş, polis onları maşına əyləşməyə dəvət etsə də, onlar yenə də öz hərəkətlərinə davam edirdilər. Bu zaman polis əməkdaşları çəkiliş aparan şəxsi xidməti avtomobilə əyləşdirmək istəyərkən, həmin şəxs müqavimət göstərərək onların əlindən çıxaraq qaçmışdır. Həmin şəxsə polsilər dayanmağı tələb etsələrdə o buna məhəl qoymadan qaçaraq oradan uzaqlaşdı. Digər şəxs həmin zaman polislərə maneçilik törədərək yanındakı şəxsin qaçmağına şərait yaratdı. Polislər həmin adamı qolundan tutaraq maşına əyləşdirmək istəyərkən çətinlik çəkdiklərini, həmin şəxsin qəti şəkildə maşına oturmaq istəmədiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X5, X8 və X9 digər şahid X7 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişlər. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə 10:36-da tutulmuş, xx.xx.2024-cü il tarixdə 17:21-də azad edilmişdir. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir əşya aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Şəxsin əməlində xırda xuliqanlıq deyil, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağın təzahürləri vardır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları ilə təsdiq edildi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməli, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-483/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-483/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver