Məhkəmə qərarları › İş №3(075)-484/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-484/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-484/2020 25.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 əkiz uşaqları olmaqla 3 uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki şəhəri, M.Əliyev küçəsi, 7A ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində karantin rejimi qaydalarını pozarq, yas mərasimi təşkil etmiş, buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta barədə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində karantin rejimi qaydalarını pozaraq, yas mərasimi təşkil etmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, kürəkəni Akifin anası rəhmətə getmişdir. O da Akifin xahişini nəzərə alaraq öz evində yas mərasimi təşkil etmiş və həmin mərasimi çox sayda insan toplaşmışdır. Ona karantin rejimi qaydaları izah olunmuşdur. Etdiyi əməldən peşmandır. Bir daha karantin rejimi qaydalarını pozmayacağına söz verir. Göstərdi ki, himayəsində 1-i əkiz olmaqla 3 uşağı vardır. Həmçinin bildirdi ki, həyat yoldaşı 4-cü uşağa hamilədir. Qeyd etdi ki, X4 gözətçi işləyir. İşini itirmək istəmir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində Şəki şəhəri, M.Əliyev küçəsində insanların toplaşdığını görmüşdür. Həmin yerə yaxınlaşdıqda orada yas mərasimi təşkil olunduğu məlum olmuşdur. Onlar ev yiyəsini çağırmışlar və ona karantin rejimi qaydalarını izah etmişlər. Həmin şəxs isə törətdiyi qayda pozuntusunu etiraf etmişdir. Bundan sonra onlar həmin şəxsi polis şöbəsinə gətirmişlər və onun barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. İşdə olan xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmə Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar