Məhkəmə qərarları › İş №3(075)-485/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-485/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-485/2020 09.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1959-cu il tarixdə Şəki rayonu İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu İnçə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki şəhər-rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq Şəki şəhərrayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki rayonu İnçə kəndində ailə ilə birlikdə yaşayır. Həmin kənddə pul müqabilində naxırçı fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə, saat 13:50 radələrində nahar etmək üçün Şəki rayonu Qoxmuq kəndinin yaxınlığında ağacın altında oturmuşdur. Nahar etdikdən sonra naxıra yaxınlaşmış, bir baş inəyin ölümcül vəziyyətdə olduğunu görüb başını kəsmişdir. Əlavə olaraq bildirdi ki, nahar etdiyi yer hadisə baş verdiyi ərazidən 200 m aralıda yerləşir. Bundan başqa sözügedən inəyi sürətlə hərəkət edən avtomobil vurmuşdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan X1 xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, həmin gün saat təxminən 13:40 radələrində ona məxsus bir baş inəyin “Chevrolet Cruze” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Qax yolunun Qoxmuq kəndindən keçən hissəsində vurulduğunu xəbər vermişlər. O, dərhal hadisə yerinə gəlmiş, inəyinin başının kəsildiyini görmüşdür. Əlavə olaraq qeyd etmişdir ki, özünə məxsus bir baş inəyi həmin gün həmkəndlisi Sabir adlı şəxsin naxırına qatmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X3 xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, həmin gün saat təxminən 13:30 radələrində etibarnamə ilə ona məxsus olan “Chevrolet Cruze” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhərindən Beyləqan rayonu istiqamətdə hərəkətdə olmuşdur. Şəki-Qax yolunun 5-ci km-liyində sahibsiz küçə iti bir baş inəyi hürküdərək avtomobilinin qarşısına çıxarmışdır. O, idarəetməni itirmiş və inəyi vurmuşdur. Bundan sonra yoldan keçən tanımadığı şəxslər ölümcül vəziyyətdə olan inəyin başını kəsmişlər. Hadisə nəticəsinə özü və avtomobildə olan şəxslər xəsarət almamışlar. İş materiallarında olan X2 xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, həmin gün saat təxminən 13:30 radələrində Şəki-Qax yolunun 5-ci km-liyində yolun kənarında yerləşən “Keçoğlu” kafesində oturub çay içmişdir. Bu zaman naxırda olan bir baş inəyin sahibsiz küçə iti tərəfindən hürküdüldüyünün, həmin inəyin Qax şəhərindən Şəki şəhəri istiqamətində hərəkətdə olan “Chevrolet Cruze” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpıldığının şahidi olmuşdur. İnək ölümcül vəziyyətdə olduğundan naxırçı başını kəsmişdir. Sözügedən naxırçı mal vurulan yerdən təqribən 200 m aralıda olmuş, hadisə yerinə 15-20 dəqiqə sonra gəlmişdir. İş materiallarında olan Şəki Mərkəzi Rayon Xəstəxanasının Narkoloji Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 173 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu»dan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə ayıq olmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC tərəfinfən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 45 nömrəli rəydən görünür ki, “Chevrolet Cruze” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2795 manat təşkil edir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4–338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar