Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-486/2023 19.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 18 may 2023-ci il tarixdə, Şəki şəhəri, H.Əliyev prospektində yerləşən Əmlak Komitəsinin qarşısında ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 18 may 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Fərid Fəhradlı və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Qədir Xəlilov birlikdə xidmətdə olduqları zaman onlara Şəki şəhəri, H.Əliyev prospektində yerləşən DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsinin qarşısında keçirilən tədbirlə əlaqədar ictimai asayişi təmin etməkləri bidirilmişdir. Polis əməkdaşları həmin ünvana yaxınlaşan zaman ucadan səs-küy gəldiyini eşitmiş, dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman iki nəfər şəxsin qazi və şəhid ailələrinin ünvanına qarşı nalayiq ifadələr işlətəməsini eşitmişlər. Polis əməkdaşları həmin şəxslərə nalayiq ifadələr işlətməməklərini, ictimai qaydalara, riayət etmələrini bildirib, nizam-iltizama dəvət etsələr də, həmin şəxslər öz əməllərini davam etdirərək polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini daha da aqresiv şəkildə davam etdirərək nümayəşkiranə şəkildə ətrafdakı şəxslərin diqqətini öz üzərilərinə çəkəməyə davam etmişlər. Polis əməkdaşları dərhal Şəki ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat verərək həmin yerə avtopatrul dəvət etmişlər. Həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Şəki ŞRPŞ-də həmin şəxslərin Zaqatala rayon sakini Şəxs və Zaqatala rayonunda yaşayan X5 olması müəyyən olundu. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, hərrac işi ilə əlaqəli Şəki şləhərində yerləşən DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsinə getmişdir. 18 may 2023-cü il tarixdə Şəki şəhərində yerləşən DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsinə yaxınlaşanda binanın qarşısında toplanmış bir çox vətəndaşlar onlara binaya daxil olmağa imkan verməmiş və onların üzərinə gəlmişlər. O, həmin vətəndaşlara qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Bundan sonra əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onu və yanında olan Elmiri həmin şəxslərin əlindən alıb polis şöbəsinə aparılmışlar. Şəki ŞRPŞdə olan zaman da həmin şəxslər onu təhqir etmiş, döyməklə hədələmişlər. O, şəhid, qazi ailələrinin ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir. He3ç bir günahı olmasa belə, o, şəhid ailələrindən və qazilərdən üzr istəyir. Ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXMnin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X10 ifadəsində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Fərid Fəhradlı ilə xidmətdə olduqları zaman onlara Şəki şəhəri, H.Əliyev prospektində yerləşən DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsinin qarşısında keçirilən tədbirlə əlaqədar ictimai asayişi təmin etmələri bidirilmişdir. Onlar həmin ünvana yaxınlaşan zaman ucadan səs-küy gəldiyini eşitmiş, dərhal yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin şəxslərə nalayiq ifadələr işlətməməklərini, ictimai qaydalara riayət etmələrini bildirib, nizam-iltizama dəvət etsələr də, həmin şəxslər öz əməllərini davam etdirərək nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirərək nümayəşkiranə şəkildə ətrafdakı şəxslərin diqqətini öz üzərilərinə çəkəməyə davam etmişlər. Bundan sonra onlar dərhal Şəki ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat verərək həmin yerə avtopatrul dəvət etmişlər. Bundan sonra həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Şəki ŞRPŞ-də həmin şəxslərin Zaqatala rayon sakini Şəxs və Zaqatala rayonunda yaşayan X5 olması müəyyən olundu. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı X7 şahid X10 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə saat 15:00 radələrində X4 sədri Mehman Yusifov və digər veteran əlillərlə birlikdə Şəki şəhəri H.Əliyev prospektində yerləşən evlər idarəsi adlanan yerdə tanımadığı iki nəfər şəxsin şəhid ailələrinin ünvanına nalayiq, “bizə görə vuruşmayıblar ki” və s. bu kimi xoşagəlməz ifadələr işlətdiyini eşitmişdir. Həmin şəxslər səs-küy salan zaman polis əməkdaşları həmin əraziyə yaxınlaşdılar. Polis əməkdaşları özlərini təqdim edib, onları polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X9, X2, X3 və X11 şahid X6 ilə oxşar məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs özünü təqsirli bilməsə də, qazilərdən və şəhid ailələrindən üzr istəməsini onun səmimi olaraq peşman olduğu kimi qəbul edir və məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20-dən saat 13:00-dək tutulması nəzərə alınaraq, təyin edilmiş inzibati həbs müddətindən 01 (bir) gün çıxılsın və Şəxs üzərində 09 (doqquz) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati həbsə alınmanın əvvəli 19 may 2023-cü il saat 15:00-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-486/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-486/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver