Məhkəmə qərarları › İş №3(075)-487/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-487/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-487/2020 09.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi: X6, Qərarından şikayət verilmiş şəxs: Şəki ŞRPŞ-nın İTB-nin sahə rəisi, polis leytenantı X5 iştirakları ilə, Ərizəçi X6 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X9 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X9 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X7 onun dayısı qızıdır. O, xx xxxx 2020-ci il tarixdə təsadüfən dayısı qızının yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış binasının yanından ötərkən dayısı qızı X7 qarşısına çıxmışdır. O, əvvəldən dayısı qızı ilə küsülü olduğundan danışmamış, dayısı qızına bağa məktub atdığını demiş, ona sözü olduğundan oxumasını xahiş etmişdir. Həmin vaxt Adilə Əlibalayeva onun üzərinə qışqırmış, şikayət edəcəyini bildirərək qaçıb getmişdir. O, Adilə Əlibalayevadan aralanmış və mağazanın qarşısında dayanmışdır. Təxminən 30 dəqiqə keçdikdən sonra Adilənin yuxarıdan evinə qayıtdığını görmüş, onun arxasınca gedərək sözünü demək istəsə də sonuncu qaçaraq evinə girmişdir. O, həmin vaxt onun qapısına gedərək ona deyiləcək sözü olduğunu bildirsə də, Adilə onu nalayiq söyüşlərlə təhqir etmiş, sonuncunun qonşuları onu döyərək binadan çıxarmışlar. Bundan sonra Adilə ondan Şəki ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Lakin o, həmin gün Adiləyə heç bir xəsarət yetirməmiş, əli belə dəyməmişdir. Adilə ona ekspertə gedərək rəy alacağını, onu tutduracağını demişdir. Səhəri gün yenidən küçədə Adilə onun qarşısına çıxmış və onun bədəninin gözlə görülən yerlərinə nəzər yetirdikdə sonuncuda heç bir ləkə, yara izi və qançır olmadığını görmüşdür. Adilə Əlibalayevanın ayaqlarında damar xəstəliyi var və tez-tez kapilyarları partdayır. Odur ki, həmin vaxt üzərində sadəcə həmin xəstəliyin izləri olmuşdur. X1 şikayət ərizəsi əsasında heç bir araşdırma aparmadan barəmdə inzibati xəta haqqında protokol və xx xxxx 2020-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat cərimə olunmuşdur. Həmin qərardan narazıdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X9 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X8 xx xxxx 2020-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək, ərizənin təmin edilməməsini xahiş etdi. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizəçi X6 şikayəti əsaslı deyildir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X10 xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X16 ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət edərək Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 293 A mənzil 6- da yaşayan X1 bibisioğlu X9 tərəfindən döyülməsi barədə məlumat vermişdir. Material üzrə izahatı alınmış X7 xx xxx 2020-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı evdən çıxıb bağa gedən zaman bibisioğlu Əlihüseyn Nağıyevin onun qarşısını kəsib ona qarşı nalayiq ifadələr işlətməsini, bu zaman Əlihüseyn Nağıyevdən uzaqlaşıb yaşadığı evə geri qayıtmasını, bir qədər sonra Əlihüseyn Nağıyevin onun yaşadığı ünvana gəlib qapını bərk döyməsini və ona qarşı nalayiq ifadələr işlətməsini, qapını açan zaman Əlihüseyn Nağıyevin onun qollarından tutub divara, daha sonra yumruqla vurmasını, bundan sonra Əlihüseyn Nağıyevin oradan uzaqlaşmasını bildirmişdir. Material üzrə izahatı alınmış X9 dayısıqızı Adilə Əlibalayeva ilə 2019-cu ilin avqust ayından aralarında mübahisə olmasını, buna səbəb mütəmadi olaraq Adilə Əlibalayevaya baş çəkməyə getməsi olduğunu, xx xxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Adilə ilə məhlədə təsadüfən qarşılaşmasını, bu zaman Adilə Əlibalayevanın onunla mübahisə etməyə başlamasını və polisə məlumat verməsini, polis əməkdaşları gəlib-getdikdən sonra yaşadığı ünvana getməsini, Adilə Əlibalayevanı vurmamasını bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 208 nömrəli ekspertiza rəyindən aydın olur ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı sağ əlin 1-ci barmağının falanqalarası və falanqa daraq oynaqlarında yumşaq toxumaların əzilməsi, 3-cü əl barmağının darağının hissəvi qopması, sol sai, sağ bazu, sağ baldır nahiyələrində sıyrılmış yaraların izi, sol sağrı nahiyəsinin qançırı bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd edilən xx xxx 2020-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı X4 əlin 1-ci barmağının falanqalarası və falanqa daraq oynaqlarında yumşaq toxumaların əzilməsi, 3-cü əl barmağının darağının hissəvi qopması, sol sai, sağ bazu, sağ baldır nahiyələrində sıyrılmış yaraların izi, sol sağrı nahiyəsinin qançırı ilə nəticələnən xəsarət yetirməklə X3 döymüşdür. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X10 xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X6 əməlində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, sonuncunun barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün İTB-yə göndərilməsi qərara alınmışdır. Sözügedən qərardan şikayət verilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X9 aralarında baş vermiş mübahisə zamanı X3 döydüyündən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X6 X3 döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə hadisə baş verən zaman onun X3 döyməməsi bildirən ərizəçi X6 fikirlərinə tənqidi yanaşır. Belə ki, X9 bütün bu qeyd etdikləri iş materiallarının tədqiqi zamanı aşkar edilməmişdir. X9 qeyd etdikləri məqsədli şəkildə onun ərizəsinin təmin edilməsinə yönəldilmişdir. Bundan başqa X2 ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X10 xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə razılaşmış və şikayət verməmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X6 barəsində X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X6 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar