Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-488/2020 27.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəki ŞRPŞ-nin 071607 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat məbləğində pul vəsaiti inzibati qaydada tutularaq dövlət xeyrinə ödənilməlidir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialından görünür ki, Şəki ŞRPŞ-nin 071607 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat məbləğində pul vəsaiti inzibati qaydada tutularaq dövlət xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başalanılmış və tələbin 10 gün müddətində könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu icraata başlamaq haqqında bildirişi poşt vasitəsi ilə almasına baxmayaraq həmin müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Tərəflərindən borclunun adına banklarda və digər kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinət əşyalarının olub-olmaması ilə bağlı sorğular verilmiş, eyni zamanda müvafiq dövlət orqanlarına əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş, həmçinin, borclunun ünvanına baxış keçirilmiş, lakin, icra sənədi üzrə tələbin yönəldilə biləcəyi hər-hansı bir pul vəsaiti, dəyərli daşınar və ya daşınmaz əmlak, hər hansı bir gəlir yeri aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki ŞRPŞ-nin 071607 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan 500 manat məbləğində pul vəsaiti inzibati qaydada tutularaq dövlət xeyrinə ödənilməlidir. Lakin maddi imkanı olmadığından o, cəriməni ödəyə bilməmişdir. Bundan sonra da cəriməni ödəməsi mümkünsüzdür. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-488/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-488/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver