Məhkəmə qərarları › İş №3(075)-49/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-49/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-49/2022 19.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Şəki rayonu Sarıca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan Şəki rayonu Sarıca kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-243/2015 saylı, 23 iyun 2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 31 mart 2015-ci il tarixdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat aliment alınaraq 03 iyun 2006-cı il təvəllüdlü X6 və 11 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X7 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-243/2015 saylı, 23.06.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 31 mart 2015-ci il tarixdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat aliment alınaraq 03.06.2006-cı il təvəllüdlü X4 və 11,04.2009-cu il X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X8 ödənilməlidir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs cəmi 6090 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd edilən icra sənədi borclu Şəxs faktiki olaraq Şəki rayonu, Sarıca kəndində yaşadığı əsas göstərilərək Oğuz rayon İcra Şöbəsinin 19.12.2016-cı il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarı ilə Şəki rayonu üzrə İcra Şöbəsinə göndərilmiş və 22.12.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuşdur. Dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə tələbin tam olaraq icrasını təmin etməmişdir. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 3(075)-162/2017 saylı, 02.03.2017-ci il tarixli qərarına əsasən borclu Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Borclu Şəxs barəsində tətbiq edilən inzibati tənbehdən və edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamış və icra sənədi üzrə tələbin tam olaraq icrasını təmin etməmişdir. İcra sənədi üzrə tələbi icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından borclu barəsində 07.01.2022-ci il tarixində borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Oğuz Rayon Polis Şöbəsinə göndərilmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunan borclu Şəxs 19.01.2022-ci il tarixində Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinə gətirilməsi təmin edilmişdir. Borclu Şəxs 19.01.2022-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında hal-hazırki tarixdə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu axtarışla 19.01.2022-ci ildə saat 11:00-da Şəki icra şöbəsinə gətirilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-243/2015 saylı, 23.06.2015-ci il tarixli icra sənədinə əsasən ondan 31 mart 2015-ci il tarixdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat aliment alınaraq 03.06.2006-cı il təvəllüdlü X4 və 11,04.2009-cu il X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X8 ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Bildirmişdir ki, 2019-cu ilin avqust ayından etibarən 2021-ci ilin avqust ayınadək tələbkar X10 2 il müddətində hər ay 195 manat sosial yardım almışdır. Aralarındakı razılaşmaya əsasən həmin müddət ərzində tələbkar X10 ondan aliment tələb etməməli idi, çünki sosial yardımın alınması üçün o, tələbkar X1 etmişdir. Amma halhazırda tələbkar həmin dövr üçün olan alimenti də ondan tələb edir. Həmçinin əlbə-əl tələbkarın özünə ödədiyi aliment ödənişlərini də hal-hazırda tələbkar etiraf etmir. Onun müəyyən qədər aliment borcu ola bilər, amma 6090 manat məbləğdə yox daha az olmalıdır. Bildirmişdir ki, onun daimi iş yeri yoxdur, iş olanda kəndlərində fəhləlik edir. Maddi imkanı olduqca aşağıdır. Qısa müddətdə borc məbləğindən əsaslı ödəniş edə bilməyəcəyini bildirmişdir. Tələbkarla razılaşacağını fikirləşdiyi üçün çağırış üzrə gəlməmişdir. Axtarışda olduğundan isə dünən polis əməkdaşları tərəfindən saxlanıldıqda məlumatı olmuşdur. Həmçinin əlavə olaraq bildirmişdir ki, o, 19.01.2022-ci il tarixdə 11:00da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də borcluya ödəniş edilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 19 yanvar 2022-ci il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 19 yanvar 2022-ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 19 yanvar 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 19 yanvar 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar