Məhkəmə qərarları › İş №3(075)-491/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-491/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-491/2020 02.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şikayətçi: Əliyeva (Seyidova) Sevil Yusif qızının iştirakı ilə, Şikayətçi Əliyeva (Seyidova) Sevil Yusif qızının Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 1090 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2014-cü il tarixli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Əliyeva (Seyidova) Sevil Yusif qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 1090 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2014-cü il tarixli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi və həmin qərar əsasında yazılmış 500 manat məbləğində cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Şikayətçi Əliyeva (Seyidova) Sevil Yusif qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2005-ci ildə Akif adlı şəxslə ailə qurmuşdur. Sonradan münasibətləri alınmadığından 2014-cü ildə Akiflə boşanmışdır. 2014-cü ildə məhkəmə qətnaməsi ilə uşaqları ilə birlikdə əvvəl gəlin düşdüyü evə köçürülmüşdür. Bundan sonra isə qaynanası Gözəl ona şər-böhtan atdığından aralarında mübahisələr yaranmışdır. Lakin o, qaynanası Gözələ əl qaldırmamışdır. Polis əməkdaşları isə məsələni tam araşdırmadan işə səthi yanaşaraq, onu İXM-nin 38-1-ci maddəsi ilə təqsirli bilərək, 500 manat məbləğində cərimə etmişlər. Hal-hazırda o, 1 oğlu və 2 qızı ilə birlikdə kirayədə yaşayır. X4 15 yaşı var və 7 dəfə ağır əməliyyat olunmuşdur. Oğlu 1 gözü və bir ayağı olmamaqla ağır ankoloji xəstədir. Bundan sonra da 2 dəfə əməliyyat olmalıdır, lakin imkanı olmadığından oğlunu əməliyyat etdirə bilmir. Hesab edir ki, ərizəsi əsaslıdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxxxx 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, HK-1/983 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və X1 inzibati qaydada məsuliyyətə cəlb olunması üçün qərarın surətininaidiyyati üzrə Şəki ŞRPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş 694 nömrəli ekspert rəyinin təsdiq edilmiş surətindən görünür ki, 1957-ci il təvəllüdlü Seyidova gözəl Abduləvvəl qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər – başın təpə nahiyəsinin, sol qulaq seyvanının və hər iki yuxarı ətrafın sıyrıqları və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinə olunan vaxtdan 4-5 gün əvvələ uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxxxx 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, Seyidova Gözəl Abduləvvəl qızı istintaqa verdiyi izahatında bildirmişdir ki, oğlu Akif 2005-ci ildə Sevil ilə ailə qurmuş və həmin müddətdə gəlini Sevil onunla tez-tez mübahisə etmişdir. xx.xx.2014-cü il tarixdə, təxminən saat 15:00 rədlərində Sevil onun mülkiyyətində olan evini adına keçirtməkdən ötrü sənədlərə imza atmaq üçün onunla getməsini təklif etmişdir. O da sənədlərə imza atmayacağını bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sevil daş və ağacla qoluna, başına vurmuşdur. O, daha sonra izahatında bildirmişdir ki, onu yalniz Sevil döymüş, həmin vaxt yanlarında Sevilin anası Bəsdidən başqa heç kim olmamışdır. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxxxx 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, Əliyeva (Seyidova) Sevil Yusif qızı istintaqa verdiyi izahatında bildirmişdir ki, 2005-ci ildən Akif ilə ailə həyatı qurmuş və həmin müddətdə qaynanası Gözəl ilə aralarında heç bir dava-dalaş olmamışdır. xx.xx.2014-cü il tarixdə Gözəl ondan evdən çıxıb getməsini tələb etdikdə aralarında mübahisə yaranmışdır. Həmin vaxt yanlarında anası Bəsdi olmuş, mübahisə zamanı Gözəli döyməmişdir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxxxx 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, X3 istintaqa verdiyi izahatında bildirmişdir ki,qızı Sevil 2005-ci ildə Akif adlı şəxslə ailə həyatı qurmuşdur. xx.xx.2014-cü il tarixdə qızı Sevilgilə qonaq gəlmiş və həmin müddətdən qızı Sevillə birgə yaşamışdır. Həmçinin o, izahatında qızı Sevilin qaynanası Gözəli döymədiyini, sadəcə Sevilin onunla birgə yaşamasına etiraz etdiyindən aralarında tez-tez mübahisələri yarandığını bildirmişdir. Şikayətçini dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Əliyeva (Seyidova) Sevil Yusif qızının ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarının araşdırılması nəticəsində müəyyən olundu ki, 25 okty bar 2014-cü il tarixdə Seyidova Gözəl Abduləvvəl qızı və Əliyeva (Seyidova) Sevil Yusif qızının arasında baş vermiş mübahisənin bilavasitə şahidi olmamış və ya olmuş real şahidlər ilkin araşdırma zamanı aşkar edilərək dindirilməmiş, Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X2 tərəfindən hərtərəfli araşdırma aparılmamış, yalnız hadisənin şahidi olmayan zərərçəkmişin izahatına və ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Buna görə də Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 1090 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2014-cü il tarixli inzibati tənbeh verilmə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 1090 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2014-cü il tarixli inzibati tənbeh verilmə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar