Məhkəmə qərarları › İş №3(075)-493/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-493/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-493/2020 31.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx xxxxx 1979-cu il tarixdə Şəki rayonu orconikidze qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2923/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat aliment alınaraq tələbkar X2 verilməlidir. Aliment tutulmasının əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2923/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat aliment alınaraq tələbkar X2 verilməlidir. Aliment tutulmasının əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmalıdır. Hal-hazırda icra sənədi üzrə borc 10100 manat təşkil edir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İcra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş və icra sənədi üzrə tələbin yönəldilə biləcəyi hər-hansı bir əmlak, bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitləri, gəlirlər və başqa qiymətli şeylər aşkar edilməmişdir. Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilmişdir. Lakin icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Şəki rayonu Turan qəsəbəsi icra nümayəndəliyinə 21109/18 saylı, xx.xx.2018-ci il tarixli borclu Şəxs adına ev heyvanlarının olub-olmaması, işləyib-işləməməsi, nikahda olub-olmaması və icra sənədində göstərilən ünvanda yaşayıbyaşamaması barədə sorğu göndərilmişdir. xx.xx.2018-ci il tarixində şöbəyə daxil olmuş Şəki rayonu Baş Küngüt kənd icra nümayəndəliyinin sorğuya cavab arayışında Şəxs Turan qəsəbəsi icra nümayəndəliyinin ərazisində qeydiyyatda olduğu və hal-hazırda Bakı şəhərində naməlum ünvanda yaşadığı, adına mal-qara və digər ev heyvanlarının olmadığı bildirilmişdir. Tələbkar X4 xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək qeyd edilən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 8(075)-47/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2923/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Bundan sonda borc ödənilmədiyindən tələbkar icra sənədi üzrə tədbirlərin görülməsini xahiş etmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2019-cu il tarixində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək icra olunması üçün Şəki ŞRPŞ-yə göndərilmiş və borclu barəsində Polis Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 820351 saylı axtarış işi açılmışdır. xx.xx.2020-ci il tarixində borclu Şəxs Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yenidən gətirilmiş və borcun ödənilməsi barədə tərəfimizdən izahatı alınmış, aliment borcunun ödənilməsi tələb edilmişdir. İzahatında icra sənədi üzrə yaranmış borcdan 200 manat ödəniş edə biləcəyini, qalan hissəsini hissə 3 dəfəyə bağlaya biləcəyini bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzrlü səbəb göstərə bilməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 14:15 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2923/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay sabit pul məbləğində hər uşaq üçün 60 manat aliment alınaraq tələbkar X2 verilməlidir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Lakin indi 200 manat ödəniş edə, vaxt verilərsə aylıq 100 manat ödəyə bilər. Əvvəllər ödənişlər etmiş, lakin qəbzini almamışdır. Hazırda da pandemiya ilə əlaqədar olaraq işləmir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:15 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:00-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. Şəxs məhkəmə iclasında ölkədə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar heç yerdə işləmədiyi üçün borcunu ödəyə bilmədiyini bildirsə də, bu günə kimi heç bir ödəniş aparmır. Halbuki, ölkədə karantin rejimi 5 aydır ki, tətbiq olunur. Bu isə bir daha onu sübut edir ki, Şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır və məhkəmə iclasında dedikləri özünümüdafiə xarakteri daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunun ödəməməsini nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 14:15 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 14:15 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 14:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 14:15-dən hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar