Məhkəmə qərarları › İş №3(075)-493/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-493/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-493/2022 28.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixində Şəki rayonu, Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Şəki kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 402/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1510 manat məbləğində pul vəsaiti və 36 manat dövlət rüsumu tutularaq X2 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-402/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1510 manat məbləğində pul vəsaiti və 36 manat dövlət rüsumu tutularaq X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin həmin müddətdə tələbin icrası təmin edilməmişdir. Müvafiq qurumara verilmiş sorğular nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Daha sonra o, tələbin icrasından qəsdən yayınmış, həmçinin yaşadığı yeri müəyyən etmək mümkün olmamış, bu səbəblərə görə xx.xx.2022-ci il tarixində axtarılması haqqında qərar qəbul edilərək DİN Şəki ŞRPŞ-yə göndərilmişdir. Borclu xx.xx.2022-ci il tarixində İcra və Probasiya Şöbəsinə gəlmiş, həmin tarixdə onunla rəsmi söhbət aparılaraq qanunvericiliyin tələbləri izah edilməklə borcunu ödəməsi tələb edilsə də, onun tərəfindən borcların heç bir qismi ödənilməmişdir. İzahatında “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olub 300-450 manat qazanc əldə etdiyini, borcunu tam ödəmək fikri olmadığını, hər ay 10 manat olmaqla hissə-hissə ödəcəyini bildirmişdir. Bu günə qədər borclu tərəfindən borc məbləğindən heç bir ödəniş edilməmişdir. Göründüyü kimi Şəxs icra sənədi zrə borcun ödəməsi üçün faktiki imkanlara malik olmasına baxmayaraq icra sənədini qərəzli olaraq icra etməmiş, borcu hər ay 10 manat olmaqla ödəyəcəyini bildirməklə tələbin icrasından boyun qaçırmaq niyyətinin olduğunu ifadə etmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 28 iyul 2022-ci il tarixdə, saat 16:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati həbs seçilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-402/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1510 manat məbləğində pul vəsaiti və 36 manat dövlət rüsumu tutularaq X2 xeyrinə ödənilməlidir. Məlumat aldığı vaxtdan, o, könüllü olaraq İcra probasiya şöbəsinə gəlmişdir. İcra sənədindən xəbəri olmuşdur. Lakin imkanı olmadığına görə, həmçinin məhkəmənin qətnaməsi ilə razı olmadığından borcu ödəmir. Yaxçı halda ayda 10-30 manat arası pul ödüyə bilər. Əlavə olaraq bildirdi ki, 28 iyul 2022-ci il tarixdə, saat 16:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Tural Ziyadxan oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qeyd etdi ki, Şəxs maddi imkanı olmadığından borcunu ödəyə bilmir, lakin az-az ödəniş etməyə hazırdır, ona vaxt verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 28 iyul 2022-ci il tarixdə, saat 16:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 28 iyul 2022-ci il tarixdə, saat 16:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 28 iyul 2022ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 28 iyul 2022-ci il tarixdə, saat 16:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar