Məhkəmə qərarları › İş №3(075)-493/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-493/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-493/2023 24.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərəçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X11 Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 1983-cü il tarixdə Şəki şəhəri, Baş Göyünk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Göyünk kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 24 may 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2769/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 18 yanvar 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 1 uşaq üçün sabit pul məbləğində 100 manat aliment tutularaq X8 ödənilməlidir. Alimentin tutulmasının əvvəli 28 mart 2017-ci il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)-1347/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 18 yanvar 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 1 uşaq üçün aliment məbləği artılaraq 150 manat sabit pul məbləğində müəyyən edilməlidir və həmin aliment məbləği tutularaq X8 ödənilməlidir. İcra sənədləri xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixlərində Şəki rayonu üzrə icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, nəticədə 2572 manat aliment borcu yaranmışdır. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron icra” sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti aşkar edilməmişdir. Borclunun adına avtomobil vardır onlar tərəfdən şöbəyə təhvil verilməsi bildirilmiş, lakin qərəzli olaraq vermək istəmədiyini bildirmişdir. Şöbədə olarkən borcluya 2572 manat aliment borcu olduğu bildirilmiş, ümumiyyətlə aliment ödəyib-ödəməməsi barədə sual verilmiş, borclu sadəcə hər ay 50 manat ödəyə biləcəyini demişdir. Yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, borclu icra sənədi üzrə tələbi yerinə yetirməmiş, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Hal-hazırda isə borclunun 2572 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranmasını, aliment ödəməməsinin səbəbini səhhətinə görə qazancı olmadığını bildirmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixli izahatında yaranmış aliment borcunu ödəyə biləməyəcəyini, gələcəkdə pul taparaq bir hissəsini ödəyəcəyini bildirmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmişəxs şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin aliment borcunu sabah üçün tam ödəməsinə hər-hansı bir narazılığı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə qətnamələri ilə müəyyən edilmiş borcunu inkar etmir. Özünə məxsus avtomobili vardır. Avtomobilini icra məmuruna təhvil verməyə razıdır. Borcunu ödəməkdən qərəzli olaraq yayınmır. Qalıq aliment borcunu sabah üçün tam ödəməyə söz verir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. X11 Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 24 may 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, o Şəki Rayon Məhkəməsinin 2(075)-1347/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1347/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli icra sənədindən görünür ki, 18 yanvar 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2 (075)-2769/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə Şəxs tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat pul məbləğində müəyyən edilməlidir və həmin aliment məbləği tutularaq X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2769/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli icra sənədindən görünür ki, 18 yanvar 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 1 uşaq üçün sabit pul məbləğində 100 manat aliment tutularaq X8 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 25 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1347/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli icra sənədiini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclunun məcburi gətirilməsi haqqında 15 mart 2023cü il tarixli qəraradan görünür ki, ünvan 2i ünvanında yaşayan Şəxs məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 8 (075)-67/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarından görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi və Şəki Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, e-2(075)- 1347/2022-010 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcudluğunu, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, işin icraatını rədd edən halların mövcud olubolmaması və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması s. məsələləri həll etməlidir. Məhkəməyə təqdim edilən materiallardan Şəxs icra işi üzrə tələbin könüllü icrası barədə bildirişin göndərildiyi məlum olsa da bu bildirişin Şəxs verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda eyni zamanda iş materiallarında borclunun adına olan “VAZ 21070” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşın olması müəyyən edilmişdir. İcra məmuru həmin avtomaşına həbs qoyulmasını bildirilsə də, lakin zəruri icra sənədləri iş materiallarına əlavə edilməmişdir. Borclu Şəxs məhkəmə iclasında üzərinə həbs qoyulmuş qeyd olunan avtomobili hazırda icra şöbəsinə təhvil verməyə hazır olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Şəxsnın icra işi ilə bağlı icra məmurunun tələbi ilə bağlı avtomaşını verməməsinə dair mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini icra etməməsini hazırda təqdim edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında kifayət qədər sübutlar toplanılmadığından göstərilən nöqsanların aradan qaldırılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar